Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 09:03

Dronlar tankların 'axırına çıxa' bilərmi – Qərb mediası


Azərbaycan Silahlı Qüvvələrinin ələ keçirdiyini bildirdiyi qənimət, 5 oktyabr, 2o20-ci il
Azərbaycan Silahlı Qüvvələrinin ələ keçirdiyini bildirdiyi qənimət, 5 oktyabr, 2o20-ci il

Müəllif qeyd edir ki, Dağlıq Qarabağda zirehli texnikanın sıradan çıxarılmasına zəif təlim və relyef səbəb olur, nəinki sehrli texnologiya

1897-ci ildə amerikalı yazıçı Mark Tven Londonda bir jurnalistə cavabında yazırdı ki, “ölümüm haqda xəbər şişirdilib”. “Foreign Policy” dərgisində Robert Beytmən bu deyimi tankların, iri zirehli texnikanın məhvilə bağlı iddialara da aid edir.

Müəllif Dağlıq Qarabağ münaqişəsində tərəflərin bir-birinin zirehli texnikasını, tanklarını sıradan çıxarması haqda iddialarına toxunur. O qeyd edir ki, münaqişədə zirehli texnikanın məhvinə zəif təlim və relyef səbəb olur, nəinki sehrli texnologiya. Daha bir səbəb isə dronlardır. Müəllif tərəflərin dronlar vasitəsilə mexaniki sistemləri darmadağın etməsi iddialarını cəfəng sayır.

Metal parçası

“Döyüşlərin ilk 10 günündə Ermənistanın 130, Azərbaycanın 137 zirehli texnikasının məhv edildiyi bildirilir. Münaqişədən öncəki döyüş qüvvələrinə sadə bir nəzər salmaqla bu iddiaların şişirdildiyini görmək olar. Hər iki tərəf üçün bu, ümumi qüvvə sayının böyük bir hissəsidir. Azərbaycanın döyüşlərdən öncə hardasa 500-600 tankı vardı. Ermənistanın qüvvəsi daha azdır, bir neçə yüz işlək tankı vardı”, – yazan müəllifin fikrincə, əsas məsələ silah sisteminin dəyəri deyil, onu işlədənlərin qabiliyyətidir. Çünki hər iki tərəfin texnologiyası oxşardır, Rusiya ən yaxşı T-90 döyüş tanklarını Azərbaycana satıb.

“Tərəflərdən heç biri anlamır ki, hətta ən yüksək texnologiyalı tank belə təlim görmüş və intizamlı döyüş qüvvəsi olmadan daha çox metal parçasıdır. Parıldayan, təzə tanklarla parad keçirmək bir şeydir, onlarda döyüş zonasında bacarıqla istifadə etmək başqa şey”, – məqalədə vurğulanır.

Müəllif Dağlıq Qarabağdakı əməliyyatlardan Avropa qüvvələrinin, müəyyən dərəcədə də Birləşmiş Ştatların nəticə çıxarmalı olduğunu yazır. Axı, onlar havadan müdafiə artilleriyasını lazımınca dəyərləndirmilər. “Dronlar getdikcə daha çox təhdid yaradır, amma ucuz dronları vurmaq da ucuz başa gəlir. Modern silahlı qüvvələr səmanı bu təhdiddən təmizləyə bilər”, – o yazır.

Xatırlatma

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyənin NTV televiziyasına müsahibəsində bir gün öncənin məlumatına əsasən, Ermənistan silahlı qüvvələrinə məxsus 200 tankın məhv edildiyini, 33 tankın qənimət götürüldüyünü açıqlayıb. “Ermənistanın əlində bir dənə də olsun Azərbaycanın hərbi texnikası yoxdur”, – o bildirib.

Müdafiə Nazirliyinin oktyabrın 16-da yaydığı məlumatda isə deyilir ki, cəbhənin müxtəlif istiqamətlərində qarşı tərəfin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 “Qrad” YARS, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş 8 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən gedən ağır döyüşlərdə hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan son günlər 45 civarında kəndi, Cəbrayıl şəhərini və Hadrut qəsəbəsini işğaldan azad etdiyini açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG