Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:31

Xəfiyyələr vaksini qoruyur


Arxiv fotosu
Arxiv fotosu

Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi iyulda bildirmişdi ki, Rusiya dövlətinin dəstəklədiyi hakerlər dünya üzrə akademik və farmaseptik qurumlardan COVID-19 vaksini və müalicə tədqiqatını oğurlamağa çalışırlar

Britaniyada xəfiyyələr COVID-19-a qarşı vaksin tədqiqatlarını düşmən qüvvələrin oğurluq və sabotajından qorumağa çalışırlar. Xəbəri “Reuters” agentliyi Britaniyanın MI5 kəşfiyyat idarəsinə istinadla yayıb.

Oksford Universitetinin AstraZeneca şirkətilə birlikdə hazırladığı vaksin namizədi sınağın sonuncu mərhələsindədir. London İmperial Kollecinin hazırladığı vaksin isə ilkin klinik sınaqlardan keçir.

“Aydındır ki, bu ölümcül virusa qarşı ilk işlək vaksin adını qazanmaq böyük işdir və dünyada bir çox tərəflər bu araşdırmada maraqlıdırlar”, – Təhlükəsizlik Xidmətinin Baş direktoru Ken Makkalum jurnalistlərə deyib. O, vaksin fəaliyyətinə xeyli təhdidin olduğunu sözlərinə əlavə edib.

Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi iyulda bildirmişdi ki, Rusiya dövlətinin dəstəklədiyi hakerlər dünya üzrə akademik və farmaseptik qurumlardan COVID-19 vaksini və müalicə tədqiqatını oğurlamağa çalışırlar.

Hazırda dünyada 150-dən çox potensial vaksin hazırlanma, yaxud sınaq mərhələsindədir. Dünya Səhiyyə Təşkilatı (DST) onlardan 42-nin artıq insanlar üzərində sınaqdan keçirildiyini bildirir.

Bir günə 9 min 500 yoluxma

Bu arada Avropada yoluxma halları artmaqdadır. Çexiyada son bir sutkada 9 min 500-dən çox yoluxma təsdiqlənib ki, bu da pandemiya başlanandan ölkə üzrə ən böyük göstəricidir.

10.7 milyon əhalisi olan ölkədə təsdiqlənmiş yoluxmalar oktyabrda 2 dəfə artaraq 139 mini keçib.

Dünən – oktyabrın 14-də Çexiya hökuməti yeni qadağalarla üzləşmiş restoran və şirkətlər üçün yardım planını təsdiqləyib.

Hökumət maaşların ödənməsi üçün subsidiya proqramını genişləndirir. Fitnes zalları və pablar üçün bəzi vergi güzəştləri nəzərdə tutulur. Hökumət ziyan görən şirkətlərin icarə pulları üçün 51.7 milyon dollar (1.2 milyard kron), avtobus operatorlarına 1 milyard kron, mədəniyyət sektorundakı şirkətlərə 750 milyon kron, idman qrupları və təşkilatçılarına 500 milyon kron ayrılacaq.

ING şirkətinin iqtisadçısı Yakub Seydler dördüncü rübdə 1.5 faiz azalma proqnozlaşdırır, daha öncə 2.5% artım gözlənirdi. Onun sözlərinə görə, ilin sonunadək pandemiya illik 7.5 faiz azalmaya səbəb ola bilər. Bu, daha öncəki proqnozdan 1 faiz azdır.

DST rəsmisi xəbərdarlıq edir

DST xəbərdarlıq edir ki, yoluxmalarda artım ölü sayının da artmasına səbəb olacaq. Artıq dünya üzrə 38 milyondan çox insan koronavirusa yoluxub, 1.1 milyona yaxın xəstə vəfat edib.

COVID-19-dan dünyada hər gün 5 min civarında xəstənin vəfat etdiyi bildirilir. Bu, apreldəki pik həddin üçdə ikisinə bərabərdir.

Reanimasiya şöbələri dolur, ekspertlər səhiyyə sistemlərinin yüklənəcəyi, tibb işçiləri çatışmazlığı yaranacağını bildirirlər.

DST-nin baş alimi Sumya Svaminatan deyib ki, kütləvi immunitetdən yalnız vaksin kontekstində danışmaq olar. “Yoluxmanı həqiqətən qırmaq üçün əhalinin azı 70 faizi peyvənd olunmalıdır”, – o vurğulayıb.

Bu arada immunitetin müddəti və qalıcılığı haqda da suallar yaranıb, çünki az da olsa yenidən yoluxma halları da qeydə alınır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG