Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 23:47

Tramp Miladadək Əfqanıstandan əsgərləri çıxarmaq istəyir


Donald Tramp

“Əfqanıstanda xidmət edən azsaylı CƏSUR kişi və qadınlarımız Miladadək evlərinə qayıtmalıdırlar!” - Tramp tvitində yazıb

ABŞ Prezidenti Donald Tramp deyir ki, Miladadək ölkəsinin hərbçilərini Əfqanıstandan çıxarmaq istəyir. Prezident bundan öncə daha gec tarix açıqlamışdı.

“Əfqanıstanda xidmət edən azsaylı CƏSUR kişi və qadınlarımız Miladadək evlərinə qayıtmalıdırlar!” - Tramp tvitində yazıb.

Dörd həftədən sonra Birləşmiş Ştatlarda prezident seçkisidir. Tramp 2016-cı il seçkisində “sonsuz müharibələri” bitirməyi vəd etmişdi. Birləşmiş Ştatlar 2001-ci il 11sentyabr terrorundan sonra Əfqanıstanda əməliyyatlara başlayıb və bu, ölkənin ən uzunmüddətli müharibəsinə çevrilib.

Prezidentin tvitindən bir neçə saat qabaq ABŞ-ın Milli təhlükəsizlik müşaviri Robert O'Brayan demişdi ki, gələn ilin əvvəlində Əfqanıstandakı əsgərlərin sayı 2 min 500-ə salınacaq.

Gələn ayadək isə hərbçi sayının 4 minə salınması gözlənir.

“Prezident Tramp vəzifəyə gələndə Əfqanıstanda 10 mindən çox Amerika əsgəri vardı. Bu gün onların sayı 5 mindən azdır, gələn ilin əvvəlinədək 2 min 500-ə düşəcək”, – O'Brayan deyib.

Hazırda Qətərdə Əfqanıstandakı siyasi qüvvələrin danışıqları keçirilir. Bu ilin fevralında Vaşinqtonla Talibanın əldə etdiyi razılaşmada ABŞ hərbçilərinin çıxarılması məsələsi də nəzərdə tutulub.

Şərhlər

XS
SM
MD
LG