Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 20:39

Vitse-prezidentliyə namizədlərin debatı keçirilib


Pens (sağda) və Harris

Bir-birinin sözünü nadir hallarda kəsiblər, bir-birinə adları ilə müraciət etməyiblər. Moderator Suzan Peyc Pensə bir neçə dəfə vaxt limitini aşmamağı tövsiyə edib

ABŞ-da vitse-prezident Mayk Pens ilə onun seçkidə rəqibi Kamala Harrisin oktyabrın 7-də debatı sivil atmosferdə keçib. Onlar koronavirus pandemiyasının idarə olunması, səhiyyə sistemi, iqtisadiyyat, xarici siyasət mövzularına toxunub, ötən həftə prezidentliyə namizədlərin debatındakı kimi söz savaşı yaşamayıblar.

Bir-birinin sözünü nadir hallarda kəsiblər, bir-birinə adları ilə müraciət etməyiblər. Moderator Suzan Peyc Pensə bir neçə dəfə vaxt limitini aşmamağı tövsiyə edib.

Pens Tramp administrasiyasının pandemiya ilə mübarizəsini müdafiə, Harris isə tənqid edib.

Pandemiya ABŞ-da 211 mindən çox insanın həyatına son qoyub, 7,5 milyondan artıq yoluxma təsdiqlənib. Bizneslər bağılandığından ölkədə işsizlik kəskin artıb.

Adətən, Birləşmiş Ştatlarda vitse-prezidentlik debatı elə də diqqət çəkmir, amma 2020-ci il seçkisində yaş məsələsi bir amilə çevrilib. Pensin 61, Harrisin 55 yaşı var. Moderator qeyd edib ki, onlar vitse-prezidentliyə öncəki namizədlərdən daha hazırlıqlı olmalıdırlar. Çünki Prezident Donald Trampın 74, Demokrat Partiyasının namizədi Co Baydenin isə 77 yaşı var.

ABŞ-da prezident seçkisi noyabrın 3-nə planlaşdırılır.

Şərhlər

XS
SM
MD
LG