Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

AXCP: 'Dəfnə gedənlər saxlanıb'


Gözəl Bayramlı 'kolon'dakı 'utandırıcı' durumdan, M.Əliyevanın vitse-prezidentliyindən danışır
Gözlə

No media source currently available

0:00 0:26:50 0:00

Gözəl Bayramlı 'kolon'dakı 'utandırıcı' durumdan, M.Əliyevanın vitse-prezidentliyindən danışır

Dəfn mərasimində saxlanan şəxslər sərbəst buraxılıb

"Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mərhum sədr müavini Gözəl Bayramlının dəfn mərasimində saxlanan şəxslər sərbəst buraxılıb".

Bunu AzadlıqRadiosuna AXCP sədrinin müavini Seymur Həzi deyib. Onun sözlərinə görə, polis dəfn mərasiminə qatılan şəxslərə ərazini tərk etməyi tapşırıb: "Dedilər ki, karantin rejimidir (koronavirus pandemiyası ilə bağlı Azərbaycanda martın 24-dən karantin rejimidir) və biz getməliyik. Mən isə bildirdim ki, açıq ərazidir, üstəlik də, məsafə saxlanılır. Bundan sonra məni və digər 7 nəfəri, o cümlədən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal və reportyor Fatimə Mövlamlını Xətai rayon 34-cü polis bölməsinə apardılar. Qısa müddətdən sonra sərbəst buraxıldım. Bu saata kimi bütün saxlananlar sərbəst buraxıldı".

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

AXCP sədrinin müavini Gözəl Bayramlı azadlığa çıxdı
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

+++

Bu gün, oktyabrın 8-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlının dəfninə gedən bir neçə nəfəri polisin saxladığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat veriblər.

Məlumata görə, oktyabrın 8-də AXCP sədrinin müavini Seymur Həzi və daha 7-8 nəfər saxlanıb.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən (DİN) münasibət öyrənmək mümkün olmayıb.

G.Bayramlı uzun sürən xəstəlikdən dünən, oktyabrın 7-də vəfat edib.

Gözəl Bayramlı vəfat edib

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlı bu gün, oktyabrın 7-də Bakıda vəfat edib.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.

Məlumata görə, G.Bayramlı uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi və Almaniyada müalicə almışdı.

AXCP-dən habelə bildirilib ki, G.Bayramlı həbsdə olan müddətdə onun səhhətində ciddi problemlər yaranmışdı, azad ediləndən sonra onda onkoloji xəstəlik olduğu təsbit edilmişdi.

G.Bayramlı 2017-ci il mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və təhqiqat idarəsində Cinayət Məcəlləsinin (CM) 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanmışdı.

Rəsmi açıqlamada iddia olunurdu ki, Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapılıb. Bu ittihamla da o, Qazax Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilmişdi.

2018-ci il noyabrın 14-də Ali Məhkəmə G.Bayramlının cəzasını iki ay azaltmışdı.

G.Bayramlı ittihamı qəbul etmirdi. Məhkəməsində də demişdi ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son 2 ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirmişdi. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus sayırdılar.

Rəsmilər isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

2019-cu il martın 17-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə G.Bayramlı azadlığı çıxmışdı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG