Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 17:03

Kimya üzrə Nobel qalibləri açıqlandı


Cenifer Dudna (solda) və Emmanuel Şarpentyer

Mükafat Emmanuel Şarpentyer və Cenifer Dudnaya “genom redaktəsi üzrə metodun inkişafı”na görə verilib

2020-ci il Kimya üzrə Nobel mükafatının qalibləri açıqlanıb.

Mükafat Emmanuel ŞarpentyerCenifer Dudnaya “genom redaktəsi üzrə metodun inkişafı”na görə verilib.

Məlumatı Nobel Komitəsi oktyabrın 7-də açıqlayıb.

Nobel həftəsi bazar ertəsindən başlanıb, tibb, daha sonra fizika üzrə qaliblər açıqlanıb.

Mükafata qızıl medal və 10 milyon İsveç kronu (1.1 milyon dollar) pul mükafatı daxildir.

Oktyabrın 8-də ədəbiyyat, 9-da isə sülh mükafatının qalibləri açıqlanacaq.

Oktyabrın 12-də iqtisadiyyat üzrə qalib açıqlanmaqla Nobel mükafatı mövsümü qapadılacaq.

Şərhlər

XS
SM
MD
LG