Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:17

Keçmiş icra başçısının həbs müddəti uzadılıb


Həbs olunan icra başçıları ilə bağlı istintaq nə yerdədir?
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

Həbs olunan icra başçıları ilə bağlı istintaq nə yerdədir?

Yevlax şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Qoca Səmədov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

Oktyabrın 6-da Q.Səmədovla bağlı bu təqdimata Səbail rayon Məhkəməsində baxılıb.

Məhkəmənin qərarına əsasən, onun həbs müddəti 3 ay uzadılıb.

Q.Səmədov vəzifə səlahiyyətlərini aşma, rüşvət və başqa cinayətlərdə ittiham edilir.

Ondan və vəkilindən bu ittihama, hələlik, ayrılıqda münasibət almaq mümkün olmayıb.

Q.Səmədov 2011-ci il fevralın 18-də Yevlax şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Ötən il oktyabrın 31-də isə həmin vəzifədən azad edilib. O, 2019-cu il dekabrın 19-da həbs edilib.

Multimedia

XS
SM
MD
LG