Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 13:02

İndi də Furqalın oğlu saxlanıb


Sergey Furqal

Oktyabrın 5-də açıqlanmış informasiyada deyilir ki, Anton Furqal region paytaxtı Xabarovskda qanunsuz etiraz yürüşlərinin təşkilində ittiham olunur

Rusiyanın Uzaq Şərqdə yerləşən Xabarovsk Diyarının mediası regionun keçmiş qubernatoru Sergey Furqalın oğlunun saxlandığını yazır. Furqal 2004-2005-ci illərdə adamöldürməyə cəhd və iki qətlin sifarişi ittihamları ilə həbs olunub.

Oktyabrın 5-də açıqlanmış informasiyada deyilir ki, Anton Furqal region paytaxtı Xabarovskda qanunsuz etiraz yürüşlərinin təşkilində ittiham olunur.

Ancaq onun saxlanması hələlik, rəsmi təsdiqlənməyib.

Atası Sergey Furqal millətçi Rusiya Liberal Demokratik Partiyasının (LDPR) üzvüdür, 2018-ci il seçkisində regionun hakim Vahid Rusiya Partiyasından namizədini məğlub edib.

O, iyulun 9-da həbs olunub, bundan sonra Xabarovsk, regionun bir sıra digər şəhərlərində kütləvi etirazlar keçirilib.

Etirazlar Uzaq Şərqdə narazılığın artmasını göstərirdi, nümayişçilər Moskvanın siyasətində onların baxışlarının və maraqlarının gözardı olunduğunu deyirdilər.

Şərhlər

XS
SM
MD
LG