Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:17

Partiyalar Prezident Administrasiyasının rəsmisi ilə danışıblar


Prezident Aparatı, arxiv foto

Oktyabrın 3-də Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya rəhbərlərinin iştirakı ilə Prezident Administrasiyasında “Milli həmrəylik – siyasi dialoqun nəticəsi” adlı videokonfrans formatında görüş keçirilib.

Bu barədə məlumatı AZƏRTAC yayıb. Rəsmi məlumata görə tədbir Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev-in rəhbərliyi ilə keçirilib.

Qeyd edildiyinə görə, O, çıxışında son günlər cəbhədə ( Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində) yaşanan hadisələr, əldə olunan uğurlar, Prezident İlham Əliyevin mövqeyi, diplomatik müstəvidə qazanılan nəticələr, habelə Ermənistan hökumətinin qeyri-adekvat addımları haqqında geniş söhbət açıb. Görüş zamanı siyasi partiyaların fəaliyyəti də müzakirə olunub.

“Son bir neçə ay ərzində siyasi dialoqun bərqərar olunmasında, etibarlı münasibətlərin formalaşmasında və siyasi partiyaların fəaliyyəti üçün dövlət tərəfindən göstərilən dəstək haqqında məlumat verən Ə.Vəliyev mövcud istiqamətdə əməkdaşlığın mütləq davam etdiriləcəyini diqqətə çatdırıb.”, məlumatda yazılıb.

Bildirilir ki,Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa və digərləri çıxış ediblər. Onlar deyiblər ki, Ermənistanın siyasi hakimiyyəti xalqının diqqətini ölkə daxilindəki sosial-iqtisadi problemlərdən, pandemiyanın (koronvirus) yaratdığı sosial çətinliklərdən yayındırmaq məqsədilə cəbhədə təxribat törədib.

“Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar prezident İlham Əliyevin vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və onun yanında olduqlarını bildiriblər.”, məlumatda vurğulanıb.

Məlumatda qeyd edilib ki, Azərbaycandakı 52 partiyadan 50-si bu tədbirdə iştirak edib.

“ İlqar Məmmədovun ReAL-ın adından təklifi ondan ibarət olub ki,…”

Natiq Cəfərli, arxiv foto
Natiq Cəfərli, arxiv foto

Respublikaçı Alternativ (ReAL) partiyasının Siyasi Komitənin üzvü Natiq Cəfərli “Turan” agentliyinə partiyanın həmin görüşdə iştirakını təsdiqləyib. O, tədbirdə Dağlıq Qarabağla və torpaqların işğaldan azad olunması ilə bağlı ümumi mövqeni bildirən sənədin qəbul olunduğunu deyib:

"Sənəddə deyilir ki, torpaqları işğalından azad edilənə qədər siyasi arenada olan iqtidar və müxalifət eyni mövqedən çıxış edir. Zatən bu məsələdə müxtəlif mövqedən çıxış etmək də mümkün deyil. İlqar Məmmədovun ReAL-ın adından təklifi ondan ibarət olub ki, döyüşlər getdiyi zamanda infotmasiya mübarizəsi də önəmlidir. Ona görə də, xarici agentliklərin, hansılara ki, son illər Azərbaycanda fəaliyyət gösrməsinə imkan verilməyib və hüquq müdafiə təşkilatlarının 2013-cü ildən burada işləməyə imkan verməyiblər, ölkəyə qaytarılmalıdır, onlarla bağlı siyasət dəyişməlidir”.

N.Cəfərlinin sözlərinə görə, bu ona görə vacibdir ki, Ermənistan təfərdən mülki şəxslərə qarşı cinayətləri onlar beynəlxalq qurumlara çatdırsınlar:

“Pprotokollaşdırılsın və bununla bağlı beynəlxalq ictimaiyyət müəyyən açıqlamalar versin. Bu təklif Ədalət Vəliyev tərəfindən qeydə götürülüb və təklifin müzakirə olunacağı və qərar veriləcəyi bildirilib".

"Mən dünənki görüşlə kifayətləndim"

Arif Hacılı, arxiv foto
Arif Hacılı, arxiv foto

Müsavat getməyib, AXCP dəvət edilməyib Müsavat Partiyasının başqanı Arif Hacılı da Azadlıq Radiosuna deyib ki, bu görüşdə iştirakla bağlı onlara da təklif gəlib: "Mən dünənki (oktyabrın 2-də) görüşlə kifayətləndim", - deyə A.Hacılı söyləyib.

Dünən, oktyabrın 2-də Arif Hacılının Ədalət Vəliyevlə ayrıca görüşü olmuşdu. Arif Hacılı görüşdən sonra demişdi ki, Dağlıq Qarabağ və ərazi bütövlüyünün təmin olunması üçün son dövrlərdə həyata keçirilən zəruri tədbirlərlə bağlı xüsusi fikir ayrılıqlarının olmaması haqqında mövqeylər ifadə edilib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi isə Azadlıq Radiosuna bildirib ki, partiya bu görüşə dəvət almayıb. Amma AXCP-dən bu deyilənlərə, hələlik, Prezident Administrasiyasından münasibət almaq mümkün olmayıb.

Şərhlər

XS
SM
MD
LG