Keçid linkləri

2024, 12 May, bazar, Bakı vaxtı 23:23

Azərbaycanda bəzi həmsədrlərdən narazılıq edirlər, amma...


Azərbaycan prezidenti İlham Əliyev və ATƏT-in Minsk qrupunun həmsədrləri, 17 oktyabr 2019
Azərbaycan prezidenti İlham Əliyev və ATƏT-in Minsk qrupunun həmsədrləri, 17 oktyabr 2019

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilərin olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər bəzi kəndləri və strateji yüksəklikləri işğaldan azad edib. Münaqişəni tənzimləyən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin liderləri də bu ara, oktyabrın 1-də birgə bəyanat verərək, tərəfləri hərbi əməliyyatları dayandırmağa və sülh danışıqlarını bərpa etməyə çağırıb.

Amma Avropa Birliyi dövlətlərinin başçılarının görüşündə həmsədr ölkələrdən birinin-Fransanın prezidenti Emmanuel Makron-un həm Suriyadan Azərbaycana döyüşçülərin gətirilməsi kimi iddia səsləndirməsi, həm də bir sıra fikirləri Azərbaycanda böyük təpkilərə səbəb olub.

“Əks halda, vasitəçilik bizim tərəfimizdən qəbul edilməyəcək”

İlham Əliyev, arxiv foto
İlham Əliyev, arxiv foto

İndi istər Azərbaycanin bəzi deputatları və istərsə də bir sıra ekspertlər E.Makronun bəzi açıqlamalarının Fransanın ATƏT-in Minsk qrupunda vasitıçilik missiyası ilə bir araya sığmadığını deyirlər. Amma həmsədr ölkələrdən tənqid edilən tək Fransa deyil.Bəzən yerli ekspertlərin dilində Rusiya və ABŞ-ın da bu mənada adı qeyd edilir. Prezident:

Oktyabrın 2-də prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib və orada həmsədrlərin neytral olmasının vacibliyindən bəhs edib. O, “Bu siyasi dalanda Rusiya vasitəçiliyi Azərbaycan üçün məqbuldurmu?” sualına cavab olaraq deyib ki, bu prosesdə iştirak etdiyi 17 il ərzində hər üç ölkə prosesdə eyni dərəcədə iştirak edib: “...

Əlbəttə ki, Rusiyanın xüsusi mövqeyi var, çünki o, regionda Azərbaycana qonşu ölkədir, onun Ermənistanla dövlət sərhədi yoxdur. Lakin buna baxmayaraq, Rusiya Azərbaycan və Ermənistanla yaxşı münasibətləri və tarixi münasibətləri olan bir ölkədir. Buna görə əlbəttə ki, vasitəçilik etmək üçün onların rolu və bacarığı obyektiv səbəblərə görə regiondan uzaqda yerləşənlərlə və ola bilsin, son onillikdə burada nələrin baş verdiyini tam şəkildə bilməyənlərlə müqayisədə çox yüksəkdir.Ona görə də düşünürük ki, üç ölkə birlikdə işləməyə davam etməlidir, əgər onların hamısı neytrallığı qorusa... ”.

Yerli sakin: 'Bax, indicə bura iki mərmi düşdü'
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

Prezident sonra da əlavə edib ki, son günlərdə əks-təsir göstərən, neytrallıq mövqeyində müəyyən dəyişikliyi nümayiş etdirən bəzi bəyanatlar görməyimiz bizi narahat edir:

“ ...Əgər milli mövqeyinizdən çıxış etmək istəyirsinizsə, onda siz Minsk qrupunun həmsədrliyindən çıxmalısınız, istədiyinizi deyin, kimi istəyirsinizsə onu günahlandırın, baş verənlərlə bağlı sübutu olmayan xəbərlər verin və sözsüz ki, heç kim etiraz etməyəcək. Lakin əgər siz vasitəçisinizsə, neytral olmalısınız, vasitəçi olmalısınız.

Prezident suriyalı müxalif döyüşçülərin Azərbaycana gətirilməsi iddalarını da yalanlayaraq bunu tamamilə feyk xəbər adlandirib.

“Sən hansısa tərəfin mövqeyini saxlayırsansa, necə vasitəçi ola bilərəsn?”

Səməd Seyidov, arxiv foto
Səməd Seyidov, arxiv foto

Əks halda, vasitəçilik bizim tərəfimizdən qəbul edilməyəcək ” Azərbaycanin Avropa Şurası Parlament Assambleyasinda ( AŞPA) nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov isə “Turan” agentliyinə deyib ki, Azərbaycan Fransanı ATƏT-in Minsk qrupu həmsədrliyindən kənarlaşdırmayıb. Onun sözlərinə görə, Fransa qrupda neytrallığını, bitərəfliliyini qorumamaqla özünü bu missiyadan kənarlaşdırır:

“Məntiq ona dəlalət edir ki, sən hansısa formada bu münaqişəni tənzimləmək niyyətindəsənsə, vasitəçilik missiyasını öz üzərinə götürmüsənsə ən azı obyektivliyi, neytarallığı, bitərəflliliyi saxamalısan. Sən hansısa tərəfin mövqeyini saxlayırsansa, necə vasitəçi ola bilərəsn?” S.Seyidov daha sonra Fransa prezidentindən sitatlar gətirir:

“ “Biz Azərbaycana Qarabağı yenidən götürməyə imkan verməyəcəyik” ifadəsini, sübutun olmadığı halda Azərbaycana Suriaydan döyüşçülər gətirilməsi barədə fikriləri necə ifadə edə bilirsən?”

S.Seyidov deyib ki, E.Makron ölkəsinin qrupda həmsədr kimi qalmağını istəyirsə bəyanat verməli, öz səhvlərini etiraf etməlidir. Deputat hesab edir ki, bir çox ölkələr problemin həll olunmamasını istəyir, vaxtı uzadaraq problemi Azərbaycana unutdurmaq, işğal faktı ilə barışmağa çalışırlar.

“Həmsədrin dəyişdirilməsi bir az çətindir”

Şahin Cəfərli, arxiv foto
Şahin Cəfərli, arxiv foto

Politoloq Şahin Cəfərli isə Azadlıq Radiosuna deyib ki, Azərbaycan istənilən həmsədrin xidmətindən imtina etmək hüquqna malikdir:

“Amma həmsədrlik institutunda həmsədrin dəyişdirilməsi biraz çətin məsələdir. Hansısa həmsədrin dəyişməsi münaqişədə tərəf olan hər iki tərəfin razlığı ilə mümkündr. Hər iki münaqişə tərəfi razı olmalıdır ki, filan ölkə həmsədrlik formatından çıxır, onun yerinə filan ölkə gəlir. Bu baxımdan həmsədrin dəyişdirilməsi bir az çətindir”.

Onun fikrincə, amma Fransa dövləti öz tərəfsizliyini ciddi şəkildə pozarsa və açıq şəkildə Ermənisatana dəstək verərsə, o zaman Azərbaycanın hüququ var ki, vasitəçi, həmsədr olaraq Fransanın xidmətindən imtina etsin:

“Fransanın iştirakı ilə aparılan prosesdə iştirak etməyəcəyini bəyan etsin, belə hüququ var”.

Ş.Cəfərli hesab edir ki, Fransa prezidenti bitərəfliyi hələ ki, ritorika səviyyəsində pozub, önəmli olan isə söz yox, praktik siyasətdir:

“Əgər biz praktik olaraq Fransanın öz tərəfsizliyini qərar və addımlarında ciddi şəkildə pozduğunu görsək onda tam haqqımız var ki, Fransanın vasitəçiliyndən imtina edək ”.

Onun fikrincə, E.Makronun bu deyimləri daha çox Fransanın daxili auditoriyasına hesablanıb. Bu açıqlamalara, hələlik, Fransanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər bəzi kəndləri və strateji yüksəklikləri işğaldan azad edib. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar cəbhə bölgəsində vəziyyət gərginləşəndən sonra Azərbaycanda prezident İlham Əliyevin fərmanı ilə sentyabrın 28-i saat 00:00-dan hərbi vəziyyətdir. Bundan başqa ölkədə qismən səfərbərlik də elan edilib. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Atəşkəs olsa da, tez-tez onun pozulduğu bildirilir. Xüsusilə 2016-cı ilin aprelində və bu ilin iyulunda cəbhədə ağır silahların işə düşdüyü, hər iki tərəfdən itkilər olduğu deyilirdi. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG