Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 13:49

Almaniyada Qarabağ aksiyası


Almaniya, Düseldorf şəhəri, 3 oktyabr 2020

Oktyabrın 3-də Avropa ölkələrində yaşayan azərbaycanlılar Almaniyanın Düsseldorf şəhərində Azərbaycana dəstək aksiyası keçiriblər. Aksiyada "Qarabağ Azərbaycandır!", Qarabağ Azərbaycana aiddir!", "Ermənistan Qarabağdan əl çək!", "Qarabağ bizimdir, bizim olacaq"və s. şüarlar səsləndiriblər. Aksiya iştarıkçıları bildirblər ki, hazırda Qarabağ bölgəsində deyən hərbi əməliyyatlar Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsidir.

Almaniya, Düsseldorf, 3 oktyabr 2020
Almaniya, Düsseldorf, 3 oktyabr 2020

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər bəzi kəndləri və strateji yüksəklikləri işğaldan azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Atəşkəs olsa da, tez-tez onun pozulduğu bildirilir.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Həmsədr ölkələrin liderləri oktyabrın 1-də birgə bəyanat yayaraq tərəfləri atəşkəsə və şərt qoşmadan sülh danışıqlarına çağırıb.

Multimedia

XS
SM
MD
LG