Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:46

Z.Əlizadə: 'Ermənistan tərəfinə bir ay vaxt qoymalıdırlar'


ABŞ, Rusiya və Fransa Qarabağda atəşkəsə çağırdılar
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

ABŞ, Rusiya və Fransa Qarabağda atəşkəsə çağırdılar

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər bəzi kəndləri və strateji yüksəklikləri işğaldan azad edib.

Dünən, oktyabrın 1-də ATƏT-in Minsk qrupuna daxil olan həmsədr ölkələrin (ABŞ, Fransa və Rusiya) prezidentləri birgə bəyanat yayaraq hərbi əməliyyatları dayandırmağa, ilkin şərtlər irəli sürmədən danışıqları bərpa etməyə çağırıblar. Oktyabrın 29-da isə BMT Təhlükəsizlik Şurası oxşar çağırışla çıxış etmişdi.

S.Seyidov
S.Seyidov

"Biz nəyi dayandıraq?"

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov mövzu ilə bağlı "Turan" agentliyinə xatırladıb ki, bu münaqişə 30 ildən çoxdur davam edir.

"Odur ki, istər BMT-nin, istər ATƏT-in Minsk qrupunun hərbi əməliyyatlar başladıqdan sonra bu barədə danışmaları düşündürücüdür. Halbuki, 27 il bundan öncə, BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının işğalı ilə bağlı dörd qətnamə qəbul edib. Həmin qətnamələrin tələbləri daxilində işğalçı qoşunların işğal edilmiş Azərbaycan rayonlarından dərhal çıxarılması da yer alır", -S.Seyidov bildirib.

Deputat sonra da deyib: Biz nəyi dayandıraq? 30 il dözdüyümüz ədalətsizliyi yenidən yaşayaq?..".

Onun fikrincə, yalnız işğalçı tərəf işğaldan əl çəkdiyini bəyan etsə, qoşunlarını Azərbaycandan çıxarsa, onlarla danışmaq olar.

Z.Əlizadə
Z.Əlizadə

"Görək buna Azərbaycan rəhbərliyi necə reaksiya verəcək"

Politoloq Zərdüşt Əlizadə isə AzadlıqRadiosuna deyib ki, ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin prezidentlərinin müraciəti mənasızdır. Onun fikrincə, ATƏT-in Minsk qrupunun və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələrin prezidentləri kimi, onlar Ermənistan tərəfi ilə danışmalıdırlar: "Onlar Ermənistanı BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı dörd qətnaməsində təsbit olunan hüquqlarını tanımağa, qoşunlarını işğal etdiyi xarici dövlətin ərazisindən çıxarmağa vadar etməlidirlər. Məsələnin həllinə, Ermənistan tərəfinə bir ay vaxt qoymalıdırlar".

O hesab edir ki, indi baş verənlər Azərbaycanın əl-qolunu bağlamaq və ona ədalətsiz münasibətdir.

"Görək buna Azərbaycan rəhbərliyi necə reaksiya verəcək. Bunu isə zaman göstərər", - Z.Əlizadə bildirib.

Beynəlxalq mediada yayılan xəbərlərə rəsmi Bakının cavabı olacaqmı?
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Atəşkəs olsa da, tez-tez onun pozulduğu bildirilir. Xüsusilə 2016-cı ilin aprelində və bu ilin iyulunda cəbhədə ağır silahların işə düşdüyü, hər iki tərəfdən itkilər olduğu deyilirdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar cəbhə bölgəsində vəziyyət gərginləşəndən sonra Azərbaycanda prezident İlham Əliyevin fərmanı ilə sentyabrın 28-i saat 00:00-dan bütün ölkədə hərbi vəziyyət elan olunub. Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında saat 21:00-dan saat 06:00-a qədər komendant saatı tətbiq edilir. Bundan başqa, ölkədə qismən səfərbərlik də elan edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG