Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 07:55

Belarusda müstəqil Tut.by xəbər portalı qadağan olunur


Tut.by vebsaytının ofisi

Belarusun müstəqil Tut.by xəbər vebsaytı hakimiyyətin üç ay ərzində onu qadağan etdiyini bildirir. Tut.by sentyabrın 29-da yerləşdirdiyi məqalədə bildirib ki, oktyabrın 1-dən sayt azı üç aylığa qeydiyyatdan keçmiş media orqanı statusundan məhrum olunacaq.

Belarus hakimiyyəti bu xəbəri, hələlik, təsdiqləməyib.

Tut.by dörd dəfə xəbərdarlıq aldığını, göstərişə baxmayaraq, xəbər işini davam etdirəcəyini bildirib.

Amma bu addım vebsaytın reportyorları və fotoqrafları üçün risk yarada, onların cərimələnməsi, yaxud saxlanması ilə nəticələnə bilər.

Avqustun 9-dan Belarusda siyasi vəziyyət gərgin olaraq qalır. Alyaksandr Lukaşenka prezident seçkisinin qalibi elan olunandan sonra ölkəni kütləvi etirazlar bürüyüb. Müxalifət seçkinin saxtalaşdırıldığını deyir. Az qala hər gün etirazlar keçirilir.

Şərhlər

XS
SM
MD
LG