Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:19

Virusa yoluxanlar əsasən şagirdlərdir?


Məktəblər açıldı, şagirdlər necə qorunur?
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

Məktəblər açıldı, şagirdlər necə qorunur?

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı sentyabrın 28-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan iki nəfər vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 40061 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37725 nəfər müalicə olunaraq sağalıb, 588 nəfər vəfat edib, aktiv xəstə sayı 1748 olub".

Qərargahdan açıqlamaya görə, ölkədə son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 382, indiyə qədər isə ümumilikdə 1 milyon 104 min 783 test icra olunub.

Rəsmi açıqlamalara görə, bundan başqa, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Azərbaycan Təhsil Nazirliyi isə bu gün, sentyabrın 28-də bildirib ki, son iki gündə 39 şagirdin koronavirusa yoluxduğu aşkarlanıb.

Qərargah dünən, sentyabrın 27-də isə ölkə üzrə ümumilikdə 128 nəfərin virusa yoluxduğunun aşkarlandığını açıqlamışdı.

Azərbaycanda sentyabrın 15-də dərslər başlasa da, yalnız I-IV sinif şagirdləri həftədə 2-3 dəfə məktəbə gedir. Qalan günlər, o cümlədən digər siniflərin dərsləri onlayn keçirilir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 33 milyon 342 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da 1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Multimedia

XS
SM
MD
LG