Keçid linkləri

Təcili xəbərlər
2023, 11 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:17

Avropa Şurasının baş katibi tərəfləri hərbi əməliyyatları dərhal dayandırarağa çağırır


Marija Pejcinovic Buric,Tbilisi. 11 noyabr 2019
Marija Pejcinovic Buric,Tbilisi. 11 noyabr 2019

Avropa Şurasının baş katibi Marija Marija Pejcinovic Buric, Dağlıq Qarabağ ətrafındakı son vəziyyətlə bağlı narahatlığını ifadə edib.

“Dağlıq Qarabağ münaqişəsinin hərbi eskalasiyası ilə bağlı xəbərlər məni çox narahat edir. Üzv dövlətlərimiz olan Azərbaycan və Ermənistanı hərbi əməliyyatları dərhal dayandıraraq məsuliyyət və təmkin nümayiş etdirməyə çağırıram.

“Hər iki ölkə Avropa Şurasına daxil olarkən münaqişənin sülh yolu ilə həll edilməsinə dair öhdəlik götürüb və bu öhdəliyə ciddi şəkildə əməl edilməlidir" deyə baş katib bildirir.

Bu çətin anlarda diqqətini daha çox mülki şəxslərin, əsasən uşaq, qadın və qocaların əziyyət çəkdiyinə yönəldan baş katib tərəfləri eskalasiyanı dayandırmağa çağırır:

“Avropa Şurası adından mən iki üzv dövlətimizin səlahiyyətlilərini insan həyatını qorumaq və hərbi münaqişəyə girməmək üçün mümkün olan hər şeyi etməyə çağırıram. Bütün gücləri səfərbər edib eskalasiyanı dayandırmaq lazımdır"

Marija Pejcinovic Buric əlavə edir ki, «üzv dövlətlərimizə münaqişənin sülh yolu ilə həlli istiqamətində apardığı işlərlə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinə yardımlarımızl dəstəkləyirik".

Sentyabrın 27-si səhər saatlarında Azərbaycanla Ermənistan arasında cəbhə xətti boyunca silahlı toqquşma başlayıb. Atəşkəsin pozulmasında hər iki tərəf bir birini ittiham edir.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üzbəüz mövqelər tutublar. Bu münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Atəşkəs razılaşması olsa da, qoşunların təmas xəttindən tez-tez onun pozulmasına aid məlumatlar yayılır. Buna görə tərəflər bir qayda olaraq bir-birlərini günahlandırırlar.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG