Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 02:39

Müdafiə Nazirliyi: 'Azərbaycan Ordusu işğal altındakı bir sıra kəndləri azad edib'


Azərbaycana məxsus hərbi texnika

Azərbaycan hərbiçilərindən də ölən və yaralananlar var

Əsgər səngərdə, arxiv foto
Əsgər səngərdə, arxiv foto

Baş Prokurorluq cəbhə bğlgəsində bir neçə hərbiçinin də həlak olmasıilə bağlı məlumat yayıb. Sentyabrın 27-də axşam saatlarında yayılan məlumata görə, hazırkı vaxtadək Azərbaycan Ordusunun bir neçə hərbiçisi həlak olub, bir neçə hərbi qulluqçu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar Baş verən hadisələrlə bağlı toplanmış materiallar əsasında Füzuli, Tərtər, Qarabağ və Gəncə Hərbi prokurorluqlarında Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi aparıldığı qeyd edilir.

Cinayət işi 100.1 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama) və 116.0.7 (müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum etmə) maddələri ilə aparılır. Bura habelə,116.0.8 (hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum etmə) və 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddələri daxildir:

“Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir. O cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini dəqiqləşdirmək məqsədilə müvafiq ekspertizalar təyin edilib”

***

Ailənin 5 üzvü top atəşindən həlak olub

arxiv foto
arxiv foto

Baş Prokurorluq cəbhə bölgəsində müklü şəxslərin ölməsi ilə bağlı açıqlama yayıb.

Sentyabrın 27-də axşam saatlarında yayılan məlumatda yazılıb ki, Ermənistan silahlı birləşmələrinin dinc Azərnaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Elbrus İsa oğlu Qurbanov və onun 4 ailə üzvü həlak olublar:

“Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanıb”

Qarabağdan eksklüziv kadrlar: yaralılar, dağıntılar
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

19 nəfər yaralanıb.

Baş Prokurorluq bildirib ki, hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.

***

Nazir Avropa İttifaqının nümaynəsi ilə də danışıb

Ceyhun Bayramov, arxiv foto
Ceyhun Bayramov, arxiv foto

Sentyabrın 27-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borelin də telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, telefon danışığı qarşı tərəfin təşəbbüsü əsasında baş tutub.

Açıqlamaya görə, telefon danışığı zamanı Aİ rəsmisi Cozef Borel bölgədəki vəziyyətlə bağlı ciddi narahatlığını ifadə edib.

Nzirliyin bildirməsinə görə, Ceyhun Bayramov C. Borel-in diqqətinə çatdırıb ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücuma keçib:

“ Nazir Ermənistan silahlı qüvvələrinin növbəti təcavüzə əl atdığını və bu hücumun Ermənistanın son aylar ərzində həyata keçirdiyi məqsədyönlü təxribatçı fəaliyyətin davamı olduğunu bildirib. Yaranmış vəziyyətə görə, məsuliyyətin tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb”.

Açıqlamaya görə, Aİ rəsmisi Cozef Borel gərginliyin azaldılmasının, həmçinin atəşkəsə nail olunması üçün tərəflərin müvafiq addımlar atmasının vacibliyini qeyd edib.

Bayramov Çavuşoğlu ilə də danışıb

Bu gün, sentyabrın 27-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında da telefon danışığı baş tutub.

Azərbaycan Xariciİşlər Nazirliyinin ( XİN) məlumatına görə, telefon danışığı zamanı M. Çavuşoğlu Ermənistan tərəfinin yeni təcavüz aktını qətiyyətlə pisləyib. “ Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mübarizəsində Türkiyənin hər zaman ölkəmizin yanında olduğunu vurğuladı.”, deyə məlumatda yazılıb.

XİN-in bildirməsinə görə, Ceyhun Bayramov onu baş verənlərlə bağlı məlumatlandırıb.

***

Putinlə Paşinyan telefonda vəziyyəti müzakirə ediblər

Nikol Paşinyan və Vladimir Putin, arxiv foto
Nikol Paşinyan və Vladimir Putin, arxiv foto

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ bölgəsində vəziyyətin gərginləşməsini müzakirə ediblər. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, təşəbbüs Paşinyandan gəlib. Məlumatda daha sonra deyilri:

"Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskin şəkildə gərginləçməsi müzakirə edilib. Rusiya tərəfi irimiqyaslı silahlı toqquşmaların yenidən başlamasından ciddi narahatlığını dilə gətirib. İndi qarşıdurmanın artmasının qarşısını almaq üçün bütün lazımi səyləri göstərməyin vacib olduğu və ən əsası hərbi əməliyyatları dayandırmağın lazım olduğu qeyd edilib" deyə Rusiya prezident aparatının saytında yazılır.

***

Avropa Şurasının baş katibi tərəfləri təmkin nümayiş etdirməyə çağırır

Marija Pejcinovic Buric, arxiv foto
Marija Pejcinovic Buric, arxiv foto

Avropa Şurasının baş katibi Marija Marija Pejcinovic Buric, Dağlıq Qarabağ ətrafındakı son vəziyyətlə bağlı narahatlığını ifadə edib.

“Dağlıq Qarabağ münaqişəsinin hərbi eskalasiyası ilə bağlı xəbərlər məni çox narahat edir. Üzv dövlətlərimiz olan Azərbaycan və Ermənistanı hərbi əməliyyatları dərhal dayandıraraq məsuliyyət və təmkin nümayiş etdirməyə çağırıram.

“Hər iki ölkə Avropa Şurasına daxil olarkən münaqişənin sülh yolu ilə həll edilməsinə dair öhdəlik götürüb və bu öhdəliyə ciddi şəkildə əməl edilməlidir" deyə baş katib bildirir.

Bu çətin anlarda diqqətini daha çox mülki şəxslərin, əsasən uşaq, qadın və qocaların əziyyət çəkdiyinə yönəldan baş katib tərəfləri eskalasiyanı dayandırmağa çağırır:

“Avropa Şurası adından mən iki üzv dövlətimizin səlahiyyətlilərini insan həyatını qorumaq və hərbi münaqişəyə girməmək üçün mümkün olan hər şeyi etməyə çağırıram. Bütün gücləri səfərbər edib eskalasiyanı dayandırmaq lazımdır"

Marija Pejcinovic Buric əlavə edir ki, «üzv dövlətlərimizə münaqişənin sülh yolu ilə həlli istiqamətində apardığı işlərlə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinə yardımlarımızl dəstəkləyirik".

Sentyabrın 27-si səhər saatlarında Azərbaycanla Ermənistan arasında cəbhə xətti boyunca silahlı toqquşma başlayıb. Atəşkəsin pozulmasında hər iki tərəf bir birini ittiham edir.

***

Prezident “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərman imzalayıb

Prezident İlham Əliyev sentyabrın 27-də “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərman imzalayıb. AZƏRTAC-ın xəbərinə görə, fərmana əsasən, Ermənistan silahlı qüvvələrinin AzərbaycanınDağlıq Qarabağ bölgəsini, ətraf rayonlarını işğal etməsi, silahlı hücumlar və hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il sentyabrın 28-isaat 00:00-danölkəninbütün ərazisində hərbi vəziyyət elan edilib. Fərmanda deyilir:

Hərbi vəziyyətin təmin edilməsi məqsədi ilə “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tədbirlər həyata keçirilsin. Komendat saatı da olcaq Fərmandan irəli gələrək bəzi yerlərdə komendat saatı da olcaq. Bura Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərləri, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonları daxildir.Komendat saatı saat 21:00-dan 06:00-dək tətbiq edilməlidir. Komendant saatının tətbiq edildiyi ərazilərdə bu tədbirlər görülməlidir.

“Şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilsin; - xüsusi giriş-çıxış rejimi tətbiq edilsin, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülsün” , qeyd edilir. Azərbaycan Daxili İşlər Nazirliyi komendant saatının tətbiqindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

***

Müdafiə Nazirliyi: “Murov zirvəsi azad olunub”

Azərbaycan Müdafiə Nazirliyi (MN) Murov zirvəsinin azad edildiyini bildirir.

Bu barədə Nazirlik sentyabrın 27-də axşam saatlarında məlumat yayıb.

“Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub.
Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb”, məlumatda yazılıb.

MN-in vurğulamasına görə, əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir.

***

Mövlud Çavuşoğlu, arxiv foto
Mövlud Çavuşoğlu, arxiv foto

Qarabağ bölgəsində yaranan vəziyyəti Türkiyə və Rusiya xarici işlər nazirləri Çavuşoğlu ilə Lavrov da müzakirə edib. Bu barədə Rusiyanın xarici işlər nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, tərəflər yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Vurğulanır ki, hər iki tərəf tezliklə cəbhə xəttində atəşkəsin bərpasının vacibliyini bildirblər.

***

Milli Məclis hərbi vəziyyət elan edilməsini qəbul edib

Azərbaycan parlamenti, arxiv foto
Azərbaycan parlamenti, arxiv foto

Azərbaycan Milli Məclisinin deputatları bu gün, sentyabrın 27-də təcili toplaşıblar.

Milli Məclisin xususi plenar iclası olub. Parlamentin sədri Sahibə Qafarova gündəliyə bir məsələnin daxil edildiyini deyib.

İclasda hərbi vəziyyət elan edilməsi ilə bağlı məsələ müzakirə edilib.

Toplantıda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq prezidentin fərmanı ilə ölkədə hərbi vəziyyətin elan olunması məsələsi müzakirə edilib. Müzakirələrdən sonra ölkənin bəzi şəhər və rayonlarında hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı qərar qəbul olunub.

***

Müdafiə naziri 7 kəndin azad olunduğunu deyir
Gözlə

No media source currently available

0:00 0:02:16 0:00

Cocuq Mərcanlı kəndində elektrik yarımstansiyası sıradan çıxıb

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə top mərmisinin atılması nəticəsində kənd ərazisində yerləşən elektrik yarımstansiyası sıradan çıxıb, elektrik enerjisi kəsilib.

Bu, barədə Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin sentyabrın 17-də yaydığı yeni məlumatda qeyd olunub.

Cocuq Mərcanlı kəndi bir müddət Erməni silahlı qüvvələrinin nəzarətində olub. 1993-cü ildə işğaldan azad edilib.Amma Azərbaycan yalnız 2016-cı ildə Lalətpə yüksəkliyinin azad edilməsindən sonra həmin kəntdə geniş bərpa işləri aparıb,ora əhali köçüb.

***

Yaralanan mülkü sakinlərin sayı 14-ə çatıb

Baş Prokurorluq cəbhədəki vəziyyətlə bağlı sentybarın 27-də günün ikinci yarsında əlavə məlumat yayıb. Məlumatda qeyd edilir ki, Tərtər,Ağdam, Füzuli, Cəbrayıl, Goranboy, Daşkəsən rayonunun bir neçə kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olanlar və yaralananlar var. Vurğulanır ki, çoxsaylı evlərə, mülki obyektlərə külli miqdarda ziyan dəyib, xırda, iri buynuzlu heyvanlar tələf edilib.

“Hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmişlər”, deyə məlumatda yazılıb.

***

Gürcüstan bayrağı
Gürcüstan bayrağı

Rəsmi Tbilisi Dağlıq Qarabağdakı vəziyyətin gərginləşməsinə reaksiya göstərib. Gürcüstan Xarici İşlər Nazirliyinin sentyabrın 27-də yayılan açıqlamasında deyilir.

“Biz Azərbaycan və Ermənistan arasında insan təlafatına səbəb olan hərbi gərginliyi narahatlıqla izləyirik. Ümid edirik ki, tərəflər atəşkəs barədə razılığa gələ biləcək, danışıqlar rejiminə keçə biləcək və bütün bölgənin təhlükəsizliyinə son dərəcə mənfi təsir göstərəcək genişmiqyaslı hərbi əməliyyatların qarşısını ala biləcəklər ” deyə nazirliyin bəyanatında vurğulanır.

Gürcüstan ATƏT-in Minsk Qrupu həmsədrlərini və beynəlxalq qurumları tərəflər arasında konstruktiv dialoqa başlamaq üçün bütün səylərini yönəltməyə çağırır. “Biz öz tərəfimizdən Gürcüstanın gərginliyin azaldılmasına və sülhün bərqərar olmasına töhfə verməyə hər şəkildə hazır olduğunu bəyan edirik” - açıqlamada bildirilir.

***

Prezident: “Hər kəs öz yerindədir”

“Bildiyiniz kimi, bu gün səhər ( sentyabrın 27-də) tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali arasında, həm hərbçilər arasında...”

AZƏRTAC-ın xəbərinə görə, bunu Azərbaycan prezidenti, İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında səsləndirib. Dövlət başçısı deyib:

“Səhər tezdən məlumatı alan kimi, mən müdafiə naziri və digər aidiyyəti qurumların rəhbərləri ilə əlaqə saxladım, müvafiq göstərişlər verdim və bu göstərişlər əsasında hazırda Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlamışdır” Onun deməsinə görə, Ermənistanın hərbi təxribatı planlaşdırılmış təxribatdır:

“ Onlar bu təxribata uzun müddətdir ki, hazırlaşırdılar və bizdə olan operativ məumat onu göstərirdi ki, Ermənistan bizə qarşı yeni müharibəyə başlamaq fikrindədir və bu məsələ ilə bağlı mən artıq son bir həftə ərzində bir neçə dəfə həm televiziya kanallarında müsahibəmdə, eyni zamanda, BMT kürsüsündən çıxış edərkən öz fikirlərimi bildirmişdim. Demişdim ki, təcavüzkar dövlət dayandırılmalıdır. Onlar yeni müharibəyə hazırlaşırlar” Prezidentin vurğulamasına görə, bu gün, sentyabrın 27-də səhər o, bütün cəhbəboyu bölgələrdən məlumat alıb:

“ Tam qətiyyətlə deyə bilərəm ki, Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir və ordumuza, dövlətimizə hər an dəstək verməyə hazırdırlar və bunu edirlər”.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videogörüntü

Müdafiə nazirliyi görüntülər yaydı
Gözlə

No media source currently available

0:00 0:00:37 0:00

Prezident: “Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir.”

“Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi azad edilib”

AZƏRTAC-ın xəbərinə görə, bunu da Azərbaycan prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında deyib.

Prezident daha sonra da bildirib: “Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilər tərəfindən, Ermənistan rəhbərliyi tərəfindən dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər.”

Prezident əlavə edib ki, “biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik”

“ Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik”, deyə o qeyd edib.

Tərtərdə atışma
Gözlə
Embed

No media source currently available

0:00 0:01:12 0:00

***

Azərbaycan və Türkiyə prezidentləri danışıb

Sentyabrın 27-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. Bu brədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumatda yazılıb ki, Türkiyə Prezidenti bu gün, sentyabrın 27-də Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan mülki şəxslərinin və hərbi qulluqçularının həlak olması ilə əlaqədar dövlət başçısına, Azərbaycan xalqına başsağlığı verib, onlara Allahdan rəhmət diləyib “Rəcəb Tayyib Ərdoğan həmişə olduğu, kimi bu gün də Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayıb.”, məlumatda yazılıb. Açıqlamaya görə, prezident İlham Əliyev cəbhə xəttində Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində baş verən hadisələrin gedişi barədə məlumat verib: “Dövlət başçıları dost və qardaş Azərbaycanla Türkiyə arasında münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər “

***

MüdafiəNazirliyi: “Azərbaycan Ordusu işğal altındakı bir sıra kəndləri azad edib”

“Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində işğal altındakı bir sıra kəndlər və əlverişli ərazilər azad olunub”

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov sentyabrın 27-də keçirilən brifinqdə deyib A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cərbayaıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Horadiz kəndi, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgər kəndləri azad edilib. Onun deməsinə görə, bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində qarşı tərəfin postları dağıdılıb, hakim yüksəkliklər nəzarətə götürülüb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata uyğun xəritə
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata uyğun xəritə

Qaşı tərəf isə 6 kəndin Azərbaycan ordusunun nəzarəti altına keçməsi ilə bağlı məlumatları təkzib edir.

***

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Sentyabrın 27-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.Bu barədə Azərtac məlumat yayıb. İclasın detalları, hələlik, açıqlanmır.

***

Fransa və Rusiya Azərbaycan və Ermənistanı hərbi əməliyyatları dayandırmağa çağırıb

Reuters yazır ki, bu haqda Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Agnes bon der Muhll deyib. O qeyd edib ki, Fransa baş verən qarşıdurmadan son dərəcə narahatdır.

Rusiyanın xarici işlər nazirliyi də baş verənlərdən narahat olduğunu bildirir. Nazirlik bununla bağlı məlumat yayıb.

"Tərəfləri tez bir zamanda atəşi kəsməyə və danışıqlara başlamağa çağırırıq" nazirliyin müraciətində deyilir.

Sergey Lavrov , arxiv foto
Sergey Lavrov , arxiv foto

Nazirliyin yaydığı digər məlumatda isə qeyd olunur ki, nazir Lavrov yaranmış vəziyyəti Ermənistanın xarici işlər naziri ilə müzakirə edib. Məlumatda belə bir telefon danışığının Azərbaycanın xarici işlər naziri ilə də aparılacağı vurğulanır.

***

Ermənistanda hərbi səfərbərlik elan edilib

Nikol Paşinyan, arxiv foto
Nikol Paşinyan, arxiv foto

Hökumətin qərarı ilə Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik elan edilib. AzadlıqRadiosunun erməni xidmətinin məlumtına görə, bu barədə qərarı baş nazir Nikol Paşinyan açıqlayıb.

"Mən qoşunlara təyin olunmuş şəxsi heyəti ərazi hərbi qeydiyyatı və komissarlığına hesabat verməyə çağırıram" deyə Facebook səhifəsində Ermənistanın baş naziri yazıb

Məlumatda bundan əvvəl Qarabağda hərbi vəziyyət və səfərbərlik elan edildiyi vurğulanır.

***

Baş prokurorluq itki və yaralılarla bağlı açıqlama yayıb

Baş prokurorluğun binası, arxiv foto
Baş prokurorluğun binası, arxiv foto

Azərbaycan Baş Prokurorluğu cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən yayılan məlumatda bildirilib ki, sentyabrın 27-də səhər saat 6 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Məlumatda bildirilib ki, 6 mülkü şəxs xəsarət alaraq xəstəxanlara yerləşdirilib. Bunlar Tərtər rayon sakini 1987-ci il təvəllüdlü Röyal Həsənov, Daşkəsən rayon sakini 1982-ci il təvəllüdlü Cəlal Zalov, Füzuli rayon sakinləri 1960-cı il təvəllüdlü Füzuli Məmmədov, 1995-ci il təvəllüdlü Vüsal Quliyev, Ağdam rayon sakinləri 1961-ci il təvəllüdlü Bəykişi Zeynalov və 1997-ci il təvəllüdlü Eşqin Allahyarovdur. Açıqlamada bildiririk ki, mülki əhali və hərbi qulluqçular arasında itkilər var:

“Yerlərdə prokurorluq, o cümlədən hərbi prokurorluq əməkdaşları tərəfindən baş vermiş hadisələrin tam təfərrüatları araşdırıldıqdan sonra məsələyə hüquqi qiymət veriləcək”.

***

Azərbaycan Müdafiə Nazirliyi: “Vacib yüksəkliklər uğrunda döyüşlər aparılır”

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 27-də saat 12-11-də növbəti açıqlama yayıb. Açıqlamaya görə, Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar.“Bütün cəbhə boyu şiddətli döyüşlər gedir.”, açıqlamada yazılıb.

***

Azərbaycan Müdafiə Nazirliyi mülkü əhalini vurmadığını deyir

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 27-də saat 11-07-də növbəti açıqlama yayıb. Orada yazılıb ki, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verib.

“Rəsmi surətdə bəyan edirik ki, Azərbaycan Ordusu mülki əhalini, mülki obyektləri və mülki xarakterli infrastrukturları hədəfə almır.”, məlumatda yazılıb.

***

Prezident İlham Əliyev: Bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur

İlham Əliyev, arxiv foto
İlham Əliyev, arxiv foto

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edir. Bu barədə AZƏRTAC məlumat yayıb.

“Azərbaycanın Ermənistan ərazisində hərbi hədəfləri yoxdur”. AZƏRTAC-ın xəbərinə görə, bu fikri də Azərbaycan prezidenti İlham Əliyev xalqa müraciətində səsləndirib. Müraciətdə deyilir:

“Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter alıb. İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində yenə də artilleriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdur. Heç kəsə sirr deyil ki, ilk atəşi, o cümlədən artilleriya atəşini Ermənistan açıbdır və ilk həlak olanlar da məhz Azərbaycan hərbçiləri olmuşdur.”

İlham Əliyevin xalqa müraciəti 1-ci video
Gözlə

No media source currently available

0:00 0:02:55 0:00

Prezident əlavə edib ki, Azərbaycan qarşı tərəfə layiqli cavabını verdi və onlar bir santimetr irəliyə gedə bilmədi: “Mən bu barədə demişəm, bir daha demək istəyirəm, əgər bizim istəyimiz olsaydı, biz Ermənistan ərazisinə hərbi döyüşlər keçirə bilərdik. Ancaq bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur və belə olan halda bir neçə gündən sonra atəş dayandırılmışdır”.

Prezident gərginliyi belə izah edir

“Azərbaycna torpaqlarının işğalı Ermənistanın planındadır və onlar bunu gizlətmirlər. Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı, yeni ərazilər uğrunda yeni işğal siyasəti – budur bu gün Ermənistan hərbi-siyasi rəhbərliyinin siyasəti.”

Bunu da Azərbaycan prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

O daha sonra da əlavə edib:

“Digər səbəb Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır. Digər səbəb ondan ibarətdir ki, Ermənistan hər vəchlə çalışır ki, danışıqlar prosesi pozulsun və deyə bilərəm ki, buna nail olub. Məhz Ermənistanın riyakar və qeyri-konstruktuiv və yalançı siyasəti nəticəsində hazırda faktiki olaraq danışqılar dayanıbdır və növbəti təxribatın törədilməsi məhz bu məqsədləri güdür”.

Prezidentdən sual: “Ermənistan ordusunun bizim torpağımızda nə işi var?!”

Prezident müraciətini bu sözlərlə başa vurub:

“Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır”.

***

Müdafiə Nazirliyi təkzib edir

Ermənistanın müdafiə nazirliyinin rəsmi internet səhifəsində Azərbaycan ordusuna məxsus tank vurulduğu barədə məlumat və vido yayıb. Azərbaycan Müdafiə Nazirliyi isə bununla bağlı sentyabrın 27-də saat 10:53-də təkzib yayıb. Orada yazıldığına görə, “Ermənistan tərəfinin guya Azərbaycan Ordusuna məxsus 3 tank, 2 helikopter və 3 pilotsuz uçuş aparatının (PUA) vurulması barədə yaydığı məlumat yalandır...”.

***

İnternetin verilməsi məhdudlaşdırılıb

Azərbaycan üzrə internetin verilməsi məhdudlaşdırılıb. Bu barədə bu gün, sentyabrın 27-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib. Bu “Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün ”kimi izah edilib. "Azərbaycan vətəndaşlarının münaqişə vəziyyətində internetə bağlı yarana biləcək məhdudiyyətlər səbəbindən anlayış göstərəcəklərinə ümid edirik" deyə məlumatda qeyd olunub.

***

Hikmət Hacıyev: “Ermənistanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması...”

Hikmət Hacıyev, arxiv foto
Hikmət Hacıyev, arxiv foto

Azərbaycan Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 27-də cəbhə bölgəsində vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıb.

AZƏRTACIN məlumatına görə, bəyanatda yazılıb ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtər, Ağdam, Cəbrayıl və Füzuli rayonunun bəzi kəndlərini müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub:

“Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması qəsdən və hədəflənmiş şəkildə həyata keçirilib. Mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar barədə məlumatlar var. Çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib” Prezidentik moməkçisinin vurğulamasına görə, Ermənistanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud surətdə pozulmasıdır:

“ Mülki insanların hədəfə alınması Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığına daxil edilmiş taktikadır...”.

Açıqlamaya görə, Azərbaycan silahlı qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir:

“Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanın yeni təcavüz aktı həyata keçirməyə və müharibəyə hazırlaşdığı barədə dəfələrlə xəbərdarlıq etmişdi....Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və sabitlik üçün əsas təhlükədir”

Bəyanatda habelə yazılıb ki, BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarının keçirildiyi, dünyanın COVID-19 pandemiyasına qarşı mübarizə apardığı şəraitdə Ermənistanın siyasi-hərbi rəhbərliyi növbəti hərbi avantüra və təxribata əl atmışdır:

“Ermənistan rəhbərliyi bu əməlləri ilə beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və beynəlxalq ictimaiyyətə hörmətsizliyini bir daha nümayiş etdirir.Yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür”.

***

Azərbaycan MN: “Cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib”

Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüş helikopterinin vurulduğu, ekipaj üzvlərinin sağ olduğu bildirilir.

Bu məlumatı bu gün, sentyabrın 27-də saat 9-10-da Azərbaycan Müdafiə Nazirliyi yayıb. Məlumatda qeyd edilib ki,Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verib.

“Şəxsi heyət, tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası, pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər ”, nazirlik qeyd edir. Nazirlik bildirir ki, əldə olunan məlumata görə, müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib.

“ Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri vurulub, ekipaj üzvləri sağdır. Qoşunlarımızın sürətli əks-hücum əməliyyatı davam edir”, məlumatda yazılıb.

***

Müdafiə nazirliyinin yerli vaxtla 8:05 yaydığı məlumatda isə qeyd edilir ki,cəbhənin ən gərgin yerləri Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətləridir...

Nazirliyin açıqlamasında "hazırda Azərbaycan Ordusu tərəfindən cavab tədbirləri görülür və qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edir" deyə vurğulanır.

"Əhali arasında təşviş salmamaq, həmçinin hərbi qulluqçularımızın təhlükəsizliyini təmin etmək məqsədilə sosial şəbəkə istifadəçilərini, elektron media və digər kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq" deyə açıqlamada bildirilir.

***

Ermənistanın baş naziri Nikol Paşinyan özünün facebook səhifəsində atəşkəsin pozulduğu barədə qısa status yazıb. O, məlumatların dəqiqləşdirildiyini vurğulayır.

***

"Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub".

Azərbaycanın Müdafiə Nazirliyinin sentyabrın 27-də yaydığı məlumatda belə deyilir.

Məlumatda Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananların olduğu bildirilir.

Nazirlik mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydiyini, mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirildiyini vurğulayır. .

Məlumata görə,Azərbaycan Ordusunun ön xətt bölmələri bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Hələki bu məlumatlara Ermənistan müdafiə nazirliyinin münasibəti bəlli deyil.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üzbəüz mövqelər tutublar. Bu münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Atəşkəs razılaşması olsa da, qoşunların təmas xəttindən tez-tez onun pozulmasına aid məlumatlar yayılır. Buna görə tərəflər bir qayda olaraq bir-birlərini günahlandırırlar.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG