Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 02:49

Bakıdakı ABŞ səfirliyindən amerikalılara tövsiyə: Abşerondan kənara çıxmayın


Azərbaycan-ABŞ bayrağı

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycan və Ermənistandakı səfirlikləri öz ölkəsinin vətəndaşlarını bu respublikaların sərhədində gərginliyin artması səbəbilə səyahət planlarında ehtiyatlı olmağa dəvət edib.

ABŞ-ın Bakıdakı elçiyili öz ölkəsinin vətəndaşlarına Abşeron yarımadasından kənar bölgələrə zəruri olmayan bütün səfərlərini təxirə salmağa səsləyib.

Yerevandakı ABŞ səfirliyi: "Dağlıq Qarabağ regionuna səyahət etməyin"

Amerikanin səsinin məlumatına görə, Ermənistandakı ABŞ səfirliyi vətəndaşlarına Azərbaycanla həmsərhəd vilayətdən və Dağlıq Qarabağdan uzaq durmağa çağırıb.

"Dağlıq Qarabağ regionuna səyahət etməyin," səfirliyin tövsiyəsində bildirilir.

Məlumata görə, Ermənistandakı ABŞ vətəndaşlarına M4 və M16 magistral yollarından şərqdəki əraziyə getməmək də tövsiyə olunur.

Sentyabrın 25-də ABŞ-ın Azərbaycandakı səfirliyinin vebsaytında yerləşdirilən xəbərdarlıqda da bildirilib ki, işçilərinə və onların ailə üzlvərinə Abşerondan kənara çıxmamağa dair göstəriş verib.

"ABŞ vətəndaşlarını istənilən yeniliklərlə bağlı yerli xəbərləri izləməyə davam etməyə çağırırıq. ABŞ səfirliyi ABŞ vətəndaşlarına ictimai məkanlarda ehtiyat nümayiş etdirməyi və baş verə biləcək hər hansı ictimai nümayişlərdən uzaq durmağı tövsiyə edir. Səfirlik təhlükəsizlik vəziyyətini izləməyə davam edəcək və lazım gəldikcə əlavə informasiya paylaşacaq" - məlumatda bildirilir.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üzbəüz dayanıb. Bu münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon və işğal edilib. Atəşkəs razılşması olsa da tez-tez onun pozulmasına aid məlumatlar gəlir. Buna görə, tərəflər bir qayda olaraq bir-birlərini günahlandırılır. Sərhəddə xüsusilə bu ilin yayında vəziyyətin yenidən gərginləşdiyi açıqlanmışdı. Hər iki tərəfdən itkilər olmuşdu.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Şərhlər

XS
SM
MD
LG