Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:43

Ləğv edilib, bir il sonra yaradılan agentlikdən gözləntilər...


Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi adlı qurum 2019-cu ildə ləğv edilmişdi.
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi adlı qurum 2019-cu ildə ləğv edilmişdi.

Sentyabrın 22-də prezident İlham Əliyevin fərmanı ilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb.

Amma elə bir il əvvəl prezidentin başqa bir fərmanı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi adlı qurum ləğv edilmişdi.

Azərbaycanda bundan əvvəl də oxşar hallar baş verib. Bir sıra qurumlar struktur islahatları və idarəçiliyin optimallaşdırılması adı altında ləğv edilsə də, az sonra azacıq fərqli adla yenidən yaradılıb.

Müdafiə Sənayesi Nazirliyi isə bir il əvvəl ləğv edilsə də, sonradan məlum oldu ki, onun strukturları fəaliyyət göstərir. Prezident 2019-cu il yanvarın 14-də "Azərsilah" Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılmasına dair Fərman imzalamışdı. Bu qurum Müdafiə Sənayesi Nazirliyi əsasında fəaliyyət göstərməli idi. Amma nazirlik yenidən saxlandı.

Tullantı plastiklərdən yeni nələr düzəlir
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Məqsəd və hədəf nədir?

Energetika Nazirliyindən "Turan" agentliyinə bildiriblər ki, yeni qurumun təsis edilməsində əsas məqsəd bu sahədə səmərəliliyə nail olmaqdır. "Hazırda ölkədə bərpa olunan enerjinin xüsusi çəkisi 17 faiz, illik istehsal həcmi 1279 MqV-dır. Hələlik, ilkin hədəf isə xüsusi çəkini 30 faizə qaldırmaqdır", - nazirlikdən bildiriblər.

Bundan əlavə, yerli və xarici investisiyaların bu sahəyə cəlb edilməsi də nəzərdə tutulur.

Bu il yanvarın 9-da Azərbaycan Nazirlər Kabinetində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb. Müqavilələrə uyğun olaraq, "ACWA Power" şirkəti ilə 240 MVt gücündə külək, "Masdar" şirkəti ilə isə 200 MVt gücündə günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra edilməlidir. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə təxminən illik 1.4 mlrd. kVt/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.

"Bu sahədə səmərəliliyə nail olmaq Agentliyin üzərinə qoyulan əsas vəzifədir", - nazirlikdən bildiriblər.

İ.Şaban
İ.Şaban

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə AzadlıqRadiosuna deyib ki, yarandığı 11 il ərzində bu qurumun adı və strukturu dəyişilib. Amma onun vurğulamasına görə, bu dəfə sahə üzrə kursu Energetika Nazirliyi müəyyənləşdirəcək: "Adı alternativ energetikadır, amma bütün obyektlərini "Azərenerji" tikir. Əgər belədirsə, o zaman bunun mahiyyəti nə olur?".

Azalma

İ.Şabanın fikrincə, ölkədə ənənəvi enerjinin illik layihə gücü 7.4 min MqV-dır: "Biz ildə 4 min MqV elektrik enerjisi istifadə edirik".

İ.Şabanın vurğulayıb ki, rəsmi statistikaya görə, bu ilin 8 ayı üzrə külək və günəş enerjisindən 101 milyon kVt/saat enerji istehsal edilib. Bu isə 2019-cu ilin 8 ayı ilə müqayisədə 7 milyon kVt/saat azdır.

Onun deməsinə görə, ümumilikdə əmtəəlik elektrik enerjisi istehsalında alternativ energetikanın xüsusi çəkisi 0.61 faizdir.

İ.Şaban deyib ki, ölkədə hidro-energetikanın xüsusi çəkisi get-gedə azalır, illər öncə onun payı 12-13 faiz idi, indi isə 7-6.8 faizə düşüb: "Səbəb də budur ki, su ehtiyatlarımız azalır və bu ilin may-iyun aylarında Kür çayında yaranmış vəziyyət bunun təsdiqidir".

Mərkəz rəhbərinin deməsinə görə, bu məsələyə kompleks şəkildə yanaşılarsa, hökumət 1 ildə 500 milyon kubmetrə qədər qaza qənaət edə bilər

Xatırlatma

2004-cü ildə Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı imzalanıb.

2009-cu il noyabrın 10-da Sənaye və Energetika Nazirliyinin Alternativ Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi təsis edilib.

2019-cu ildə prezident fərmanı ilə həmin qurum ləğv edilib. 2020-ci il sentyabrın 22-də yenidən təsis olunması barədə fərman imzalanıb.

Əsasnaməsinə görə, Agentlik Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması sahəsində tənzimlənməni, fəaliyyətin səmərəli təşkilini və dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG