Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:43

Ukrayna prezidenti zəng vurub


V.Zelenski

Sentyabrın 22-də Ukrayna prezidenti Vladimir Zelenski Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda yazılıb ki, dövlət başçıları koronovirus pandemiyası ilə mübarizə sahəsində Ukraynada və Azərbaycanda həyata keçirilən işlərdən danışıblar.

"Söhbət zamanı Vladimir Zelenski bildirib ki, Ukraynanın yeni milli təhlükəsizlik strategiyasında Azərbaycan strateji tərəfdaş kimi göstərilib. Prezident İlham Əliyev, öz növbəsində, qeyd edib ki, Azərbaycan üçün də Ukrayna strateji tərəfdaşdır", - mətbuat xidməti qeyd edib.

Məlumata görə, dövlət başçıları Ukraynanın və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü məsələlərində ölkələrinin bir-birini dəstəklədiyini qeyd ediblər.

"Telefon söhbəti zamanı enerji, nəqliyyat, investisiya, aviasiya sənayesi, kənd təsərrüfatı, turizm, humanitar və idman sahələrində əməkdaşlığın genişləndirilməsi üçün konkret addımların atılmasının zəruriliyi qeyd edilib", - məlumatda yazılıb.

Multimedia

XS
SM
MD
LG