Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:59

Balinaları xilas etməyə çalışırlar


Arxiv fotosu

Sentyabrın 22-də xilasedicilər Avstraliyanın Tasmaniya adasının qərb sahilində dayaz suda ilişib qalmış yüzlərlə qara balinanı xilas etməyə çalışır. Artıq onlarla balina məhv olub.

Dəniz bioloqlarının hesablamasına görə, 270 balinadan 90-ı ölüb. Balinalar təsadüfən suyun dayaz olduğu əraziyə çıxıblar. Onlar barədə məlumat sentyabrın 21-də yayılıb.

Xilasetmə əməliyyatının bir neçə gün çəkəcəyi gözlənir.

Səmadan çəkilmiş videoda Hobart şəhərindən 200 km şimal-qərbdə xeyli sayda balina görünür.

Qara balina okean delfininin bir növüdür, 7 metr uzunluqda, çəkisi 3 tona yaxın olur.

Xilasetmə əməliyyatına 40-dək hökumət mütəxəssisi, 20 polis əməkdaşı, yerli balıqçı fermerlər və könüllülər qoşulub.

Alimlər balinaların sahilə niyə getdiyini bilmirlər. Bu regionda balinaların sahilə üzməsi qeydi-adi hal sayılmasa da, belə bir miqyasda 2009-cu ildən bəri müşahidə olunmayıb.

XS
SM
MD
LG