Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:19

İqtisadçılar ölkəyə pul gətirməyin yollarını belə görürlər...


İnvestisiya
İnvestisiya

Dövlət başçısı İlham Əliyev ötən həftə (sentyabrın 14-də) Sumqayıt Kimya Sənaye Parkı nəzdində Peşə Təhsil Mərkəzinin açılışında olarkən investisiya məsələlərinə də toxunub. O, yerli və xaricdə yaşayan iş adamlarını ölkə iqtisadiyyatına investisiya qoymağa səsləyib.

Hərçənd, hazırda koronavirus pandemiyası ilə bağlı dünya və Azərbaycanda iqtisadi böhranın davam etdiyi bildirilir. Bu ilin birinci yarısında Azərbaycanda sənaye istehsalının həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1.5 faiz azalıb.

Üstəlik, yanvar-avqust aylarında Azərbaycanda 45 milyard 962.5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 1.7, neft-qaz sektorunda isə 4.9 faiz azalıb.

Amma ölkə iqtisadiyyatına mənfi təsirlərin getdikcə artması da gözlənilir.

"Sadəcə çağırışlarla... mümkün olmayacaq"

İqtisadçı Rəşad Həsənov AzadlıqRadiosuna deyib koronavirus pandemiyası ilə bağlı dünyanın hər bir ölkəsinin iqtisadiyyatında problemlər yaşanır. Onun fikrincə, yaranmış iqtisadi resessiyalarda investisiya qoymaq imkanları məhdudlaşır. İqtisadçıya görə, bu istiqamətdə gələcəkdə rəqabət daha da güclənəcək.

R.Həsənov
R.Həsənov

R.Həsənovun fikrincə, artıq dünya ölkələri investisiya üçün daha liberal, daha uyğun şərait yaratmaqla bütün potensialı özlərinə cəlb etməyə çalışırlar. O hesab edir ki, yaranmış indiki situasiyada sadəcə çağırışlarla ölkə iqtisadiyyatına investisiya cəlb etmək mümkün olmayacaq.

R.Həsənov deyib ki, investisiyanı ölkəyə real olaraq cəlb etmək istəyən hökumətlər şəraiti mümkün qədər liberallaşdırmaq və daha əlverişli etmək üçün konkret addımlar atmalıdırlar.

İqtisadçı hesab edir ki, Azərbaycanda postpandemiya dövründə iqtisadi idarəetmə yanaşması dəyişməsə, bu kimi çağırışlar, sadəcə, söz olaraq qalacaq. Onun fikrincə, Azərbaycanda qeyri-neft sektoruna cəlb olunan investisiyaların 90 faizi dövlət zəmanəti altında gəlir. İqtisadçının vurğulamasına görə, dövlət üzərinə birbaşa zəmanət götürməsə, bu investisiyalar ölkəyə gəlmir:

"Nə qədər ki,..."

"Nə qədər ki, Azərbaycan hökuməti milli rejim adı altında heç bir nəzəriyyəyə, təcrübəyə sığmayan mövcud modeli davam etdirəcək, real məhkəmə islahatı aparmayacaq, mülkiyyət hüququnun qorunmasına tam zəmanət verməyəcək və parlamentin müstəqilliyi təmin edilməyəcək, ciddi nəticə olmayacaq".

V.Əhmədov
V.Əhmədov

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov da hesab edir ki, hazırda dünya ölkələri kimi, Azərbaycanda da biznes mühiti, hələlik, o qədər də əlverişli deyil. Amma onun "Turan" agentliyinə deməsinə görə, vəziyyət belə qalmayacaq, ölkə postpandemiya dövrünə hazırlaşmalıdır: "İnanıram ki, dövlət başçısının çağırışına səs verən iş adamları olacaq".

"Azərbaycan da investisiya üçün tam əlverişli duruma gələcək"

V.Əhmədov vurğulayıb ki, indi dünya ölkələrini bütünlükdə investisiya üçün əlverişli hesab etmir: "İstehsal sahələri ya dayanıb, ya məhdudlaşıb, belə vəziyyətdə iş adamları risklərdən çəkinirlər. Amma ümid edək ki, pandemiya dövrü tezliklə bitəcək və bütün ölkələr kimi, Azərbaycan da biznes və investisiya üçün tam əlverişli duruma gələcək".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG