Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

Noviçok zəhərini hazırlayan alimlərdən biri Navalnıdan üzr istəyir


Hazırda ABŞ-da yaşayan keçmiş sovet kimyaçısı, "Noviçok" madəsini hazırlayanlardan biri Vil Mirzayanov, 13 mart 2018
Hazırda ABŞ-da yaşayan keçmiş sovet kimyaçısı, "Noviçok" madəsini hazırlayanlardan biri Vil Mirzayanov, 13 mart 2018

ABŞ-da yaşayan keçmiş Sovet kimyaçısı, Noviçok zəhərli maddəsini hazırlayanlardan biri Vil Mirzayanov "Dojd" telekanalında Aleksey Navalnıdan üzr istəyib.

"Mən bu cinayət biznesində-onun zəhərlənməsinə səbəb olan zəhərli maddənin hazırlanmasında iştirak etdiyimə görə, Navalnıdan çox-çox üzr istəyirəm" deyə o bildirib.

Kimyaçı alim Navalninin sağalması üçün təxminən bir il vaxt lazım olacağını deyib.

"Görünür, o, bütün simptomları aşdı, sağ qaldı. Göründüyü kimi Navalnı səbr etməlidir. Ancaq nəticədə sağlam olmalıdır" deyə Mirzayanov vurğuayıb.

Mirzayanovun sözlərinə görə, Navalnının lövhəyə söz yazmağın mümkünsüzlüyü ilə bağlı danışdığı, bu beyindən funksional orqanlara siqnal ötürülməsi problemləri ilə əlaqədardır. Çünki Noviçokun molekulları bu cür siqnalların ötürülməsində məsul olan zülalın parçalanmasının qarşısını alır. "Alman Dalğası" radiosu alimin bu açıqlamasına diqqət çəkib.

Xatırlatma

44 yaşlı Navalnı avqustun 20-də Sibirdən Moskvaya gedən təyyarədə özünü pis hiss edib. O, Omskda iki gün süni nəfəs aparatına qoşulu vəziyyətdə xəstəxanada qalandan sonra Almaniyaya aparılıb. Siyasətçi hazırda Berlində “Charite” xəstəxanasında müalicə olunmaqdadır.

Almaniya sentyabrın 2-də bildirib ki, toksikologiya testləri Navalnının Noviçokla zəhərlənməsinə “birmənalı dəlil” ortaya qoyub. Sovetlər dövründə hazırlanan, hərbi dərəcəli bu qaz əvvəllər hərbi orqanların əlində olub. 2018-ci ildə Britaniyada rusiyalı ikili agent Sergey Skripal və qızının zəhərlənməsində də Noviçokdan istifadə olunub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG