Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 05:39

Müdafiə Nazirliyində müşavirə


Zakir Həsənov ön cəbhədə 2 iyun 2017

Sentyabrın 19-da Müdafiə naziri Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin (MN) mətbuat xidməti məlumat verib.

Məlumata görə, Müdafiə naziri bildirib ki, son vaxtlar əldə olunan məlumatlar, Ermənistanın hərbi-siyasi rəhbərlərinin çıxışlarındakı müharibə ritorikası, səfərbərlik tədbirlərini həyata keçirməsi və bölgəyə kənar qüvvələri cəlb etməsi onların vəziyyəti gərginləşdirmək niyyətində olduğunu göstərir. Z.Həsənovun vurğulamasına görə, sərəncamda olan qüvvə və vasitələr hər hansı təxribatın qarşısını almağa hazır olmalıdır. Bildirildiyinə görə, Müdafiə naziri Azərbaycan Ordusunda silah və xüsusi texnikanın istismarının qış mövsümünə keçirilməsi, bölmələrin hərtərəfli təminatı, hərbi qulluqçuların sağlamlığına, eləcə də COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə də xüsusi diqqət yetirilməsi barədə vəzifəli şəxslərə tapşırıqlar verib.

Azərbaycan Müdafiə nazirinin açıqlamasına, Ermənistan Müdafiə Nazirliyindən münasibət, hələlik, bəlli deyil.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı hazırda Azərbaycan və Ermənistan silahlı qüvvələri üzbə-üz mövqelər tutub. Bu münaqişə 1988-ci ildə, Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Multimedia

XS
SM
MD
LG