Keçid linkləri

2025, 22 Yanvar, çərşənbə, Bakı vaxtı 02:57

Kreml Noviçokun su butulkasında tapılmasını ‘absurd’ sayır


Aleksey Navalnı, arxiv fotosu
Aleksey Navalnı, arxiv fotosu

Kremlin sözçüsü Dmitri Peskov sentyabrın 18-də bu iddianın həqiqiliyini sual edib

Kreml müxalifətçi Aleksey Navalnının zəhərləndiyi deyilən maddənin Sibirdəki otel otağında su butulkasından tapılmasını “absurd” adlandırır. Almaniya və digər qərb hökumətləri müxalifətçinin sinir qazıyla zəhərləndiyini deyirlər.

Navalnının komandasının bildirməsinə görə, onun Tomskda qaldığı oteldən götürülmüş su butulkasında Noviçok kimyəvi maddələr qrupundan sinir qazının izləri tapılıb. Navalnı Tomskdan Moskvaya uçarkən təyyarədə özünü pis hiss edib.

Kremlin sözçüsü Dmitri Peskov sentyabrın 18-də bu iddianın həqiqiliyini sual edib, axı, su butulkasının Navalnı Berlinə müalicəyə aparılanda Rusiyadan çıxarıldığı bildirilir.

“Məsələ bundadır ki, bizə butulkada Noviçok izləri olduğunu deyirlər, amma mütəxəssislər bildirirlər ki, əgər orada həqiqətən Noviçok olsaydı, azından ona toxunan, yaxud yaxınlığında olan da buna məruz qalmalıydı”, – Peskov vurğulayıb.

“Bu, ekspertlərin gəldiyi qənaətə ziddir. Əgər orada butulka olubsa, niyə aparılıb? Yəqin, kimsə istintaqı yubatmaqda maraqlı olub. Bu məsələdə o qədər absurd var ki, bizim dəlil olmadan bəyanatlara inanmağımızı mümkünsüz edir”, – o, sözlərinə əlavə edib.

Navalnı komandasının araşdırması

44 yaşlı Navalnı əvvəlcə Omskdakı xəstəxanaya yerləşdirilib, bir neçə gün sonra Berlinə aparılıb. Orada aparılmış toksikologiya testlərinin onun sinir qazıyla zəhərlənməsinə “birmənalı dəlil” ortaya qoyduğu bildirilir.

Sentyabrın 17-də Navalnının Instagram bloqunda yayılmış məlumata görə, siyasətçinin özünü pis hiss etməsi xəbəri çıxanda həmkarları hələ də Xander otelində olublar. Onlar dərhal Navalnının hələ yığışdırılmamış otağına gedib, şübhəli əşyaları, həmçinin ağzı açıq mineral su butulkasını da götürüblər.

Navalnının Böyük Britaniya rezidenti olan komanda üzvü butulkanı Almaniyaya aparıb və orada onda Noviçok izləri tapılıb.

Almaniya Rusiyadan bu insidenti izah etməsini istəyir, Rusiya isə hər hansı rolu olmadığını deyərək Berlindən Navalnının zəhərlənməsi qənaətinə aparan dəlili paylaşmağı tələb edir.

Peskov sentyabrın 18-də Moskvanın öncəki bəyanatlarını bir daha təkrar edərək deyib ki, “bu vəziyyətdə suallara cavab tapmağın yeganə yolu Almaniya və Rusiya arasında informasiya mübadiləsidir”.

XS
SM
MD
LG