Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 02:16

Mərkəzi Bank uçot dərəcəsini endirib


Mərkəzi Bank

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 6.75 faizdən 6.5 faizə endirilməsi haqqında qərar qəbul edib.

Bu barədə qərarı AMB bu gün, sentyabrın 18-də açıqlayıb.

Faiz dəhlizinin aşağı həddi 6, onun yuxarı həddi isə 7 faiz səviyyəsində müəyyən edilib.

AMB-in açıqlamasına görə, bu qərar inflyasiyanı hədəf çərçivəsində saxlamaqla (4±2%) məcmu tələbin dəstəklənməsinə və bununla da bərpa prosesinin sürətləndirilməsinə yönəldilib.

Qurum hesab edir ki, uçot dərəcəsinin qəbul olunan səviyyəsi qısa və ortamüddətli dövrdə inflyasiya proseslərinin dinamikasını nəzarətdə saxlamağa imkan verir.

Bildirildiyinə görə, faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar qısa, ortamüddətli perspektivdə inflyasiya üzrə risk balansından, faktiki inflyasiyanın hərəkət trayektoriyasından, beynəlxalq konyunkturdan və valyuta bazarındakı vəziyyətdən asılı olaraq qəbul ediləcək.

AMB bu il bundan əvvəl də bir neçə dəfə uçot dərəcəsini endirib.

Multimedia

XS
SM
MD
LG