Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 02:54

“Sally” qasırğası daşqınlara səbəb olur


Sally-nin səbəb olduğu daşqın

Milli Qasırğa Mərkəzinin məlumatına görə, Körfəz Sahilinin bəzi hissələrinə yağan leysan yağış “tarixi və fəlakətli” daşqın yaradıb, yenə yağış gözlənir

“Sally” qasırğası ABŞ-ın Körfəz Sahilləri boyunca daşqınlara səbəb olub, yollar, körpülər dağılıb, elektrik xətlərinə ziyan dəyib.

Milli Qasırğa Mərkəzinin məlumatına görə, Körfəz Sahilinin bəzi hissələrinə yağan leysan yağış “tarixi və fəlakətli” daşqın yaradıb, yenə yağış gözlənir.

Floridanın Pensakola şəhərində 1.5 metr dərinliyində daşqınlar müşahidə olunub, 50 min nəfərin yaşadığı şəhərdə yollara, körpülərə ziyan dəyib.

Ştat qubernatoru Ron DeSantis əhaliyə çayların məcrasından çıxa biləcəyi haqda xəbərdarlıq edib.

“Sally” sentyabrın 16-də səhər Alabamada torpaq sürüşməsinə səbəb olub. Alabamada qasırğanın azı bir nəfərin həyatına son qoyduğu bildirilir.

1980-ci illərdən qasırğaların gücü və dağıdıcılığı artıb. Alimlər bunu qlobal istiləşmə ilə əlaqələndirirlər.

XS
SM
MD
LG