Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:40

Tanınmışlar sosial media hesablarını donduracaqlar


Kim Kardaşyan Yerevanda, 2019-cu il
Kim Kardaşyan Yerevanda, 2019-cu il

Bir günlük aksiyaya Hollivud aktyorları Leonardo DiKaprio, Saşa Baron Koen, Kim Kardaşyan və Cenifer Lorens qoşulacaqlarını bildiriblər

ABŞ-ın bir neçə tanınmışı sentyabrın 16-da Facebook və Instagram hesablarını bir günlüyə donduracaqlarını bildiriblər. Bu, sosial media platformalarında nifrət və propaqandanın yayılmasına qarşı kampaniya çərçivəsində gerçəkləşir.

Bir günlük aksiyaya Hollivud aktyorları Leonardo DiKaprio, Saşa Baron Koen, Kim KardaşyanCenifer Lorens qoşulacaqlarını bildiriblər.

Instagram-da 188 milyon izləyicisi olan Kardaşyan kampaniyaya ən son qoşulanlardandır.

“Sosial mediada dezinformasiya seçkiyə ciddi təsir göstərir və demokratiyamıza ziyan vurur. Bu platformalarda nifrət, propaqanda və dezinformasiya yayıldığı vaxtda mən sakitcə otura bilmərəm”, – o vurğulayıb.

“Qalmaqal” (Scandal) serialındakı rolu ilə tanınan aktrisa Kerri Vaşinqton yazıb: “Nifrətin böyüməsini və demokratiyaya ziyanı dayandırmaq üçün Facebook və digər sosial platformalar hərəkətə keçməlidir”.

Reklam boykotuna baxmayaraq...

Dondurma aksiyasını “Qazanca görə Nifrəti Dayandır” (Stop Hate for Profit) koalisiyası təşkil edir.

2,7 milyard istifadəçisi olan sosial media şirkəti fəalların, hökumətlərin və platformalarına rekam verən şirkətlərin təzyiqi altındadır, ayrıseçkiliyin, nifrət və zorakılığın təbliğini dayandırmaq üçün ondan daha sərt addım tələb olunur.

İyulda “Qazanca görə Nifrəti Dayandır” kampaniyasını yüzlərlə böyük şirkət dəstəklədi, Facebook-da reklamı boykot etdilər. Amma etiraza baxmayaraq, Facebook iyulun sonunda 5.2 milyard dollarlıq rüblük qazanc əldə etdiyini bildirdi.

Facebook-un baş icraçı direktoru Mark Zukerberq iyulda koalisiya təşkilatçıları ilə görüşdü. Ancaq onlar reklam boykotundan əl çəkməyəcəklərini bildirdilər, sosial media nəhənginin nifrət kontenti ilə mübarizə apara bilmədiyini əsas gətirdilər.

Facebook elan edib ki, 3 noyabr prezident seçkisinə bir həftə qalmış platformada yeni siyasi reklamların yerləşdirilməsinə icazə verməyəcək, çünki jurnalistlərin və digərlərinin onlarla bağlı fakt yoxlaması aparmağa vaxtı olmayacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG