Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 17:51

İnkişaf etməkdə olan Asiyanın ÜDM-də 0.7 faiz azalma gözlənir


Arxiv fotosu

COVID-19 pandemiyasının qlobal iqtisadi fəaliyyətə zərbə vurduğu bir vaxtda inkişaf etməkdə olan Asiyanın ÜDM-də bu il 0.7 faiz azalma gözlənir. ÜDM-nin 2021-ci ildə 6.8 faiz artacağı proqnozlaşdırılır. Bu haqda Asiya İnkişaf Bankı (AİB) hesabat yayıb.

Bu, 60 ilə yaxın bir müddət ərzində regionda ilk resessiyadır. Yüksək gəlirli, yenicə sənayeləşmiş iqtisadiyyatları çıxanda, regional ÜDM-nin bu il 0.5% azalacağı, gələn il 7.2% artacağı gözlənir.

Tələbin yumşalması, qiymətlərin çox da dəyişməməsi nəticəsində inflyasiya da artmayacaq. 2020-ci ildə inflyasiyanın 3.2%-dən 2.9%-ə düşəcəyi, 2021-ci ildə 2.3% həddində qalacağı gözlənir.

Bank bildirir ki, COVID-19 pandemiyasının uzanması təhlükəsi və daha sərt karantin qaydalarına qayıdış iqtisadi mənzərəyə ən böyük risk təşkil edir. Hesabata görə, inkişaf etməkdə olan Asiyanın iqtisadiyyatları möhkəm olsalar da, bərpanı dəstəkləməyə davamlı siyasət aparılmalıdır.

AİB post-pandemiya dirçəlişi üçün fiziki və əqli sağlığın vacib olduğunu vurğulayır.

Şərhlər

XS
SM
MD
LG