Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:21

ABŞ Çinin uyğur regionundan idxalı dayandırır


Çində uyğur azlıqlar

Birləşmiş Ştatlar sentyabrın 14-də Çində məcburi əmək iddiaları ilə əlaqədar pambıq, geyim, kompyuter hissələri və saç məhsullarının idxalını dayandırıb.

ABŞ Gömrük və Sərhəd Mühafizəsi İdarəsinə məcburi, yaxud həbsxana əməyi ilə hazırlanmış məhsulları saxlamaq səlahiyyəti verilir.

Bu addım Çinin Sintzyan regionunda uyğur müsəlmanlar və digər azlıqlarla rəftara qarşı tədbir kimi görülür.

“Bu fərmanlar onu göstərir ki, dünya Çində uyğurlar və digər müsəlman azlıqlara qarşı insan haqları pozuntularına dözməyəcək”, – Dövlət katibi Mayk Pompeo deyib.

Qadağa Sintzyanda pambıq, geyim və kompyuter hissələri hazırlayan dörd şirkətin idxalına aiddir.

Son vaxtlar Vaşinqton Çinin uyğur müsəlmanlarla rəftarını, bir milyondan çox uyğur və digər etnik azlıqların əmək düşərgələrinə yerləşdirilməsini pisləyir. Çin bu düşərgələrdə təlim keçildiyini bildirir.

İki ölkə arasında bir sıra məsələlərlə bağlı gərginlik yaşanır.

XS
SM
MD
LG