Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Gündəlik yoluxmalarda rekord qeydə alınıb


İsraildə koronavirus testi götürülür
İsraildə koronavirus testi götürülür

DST-nin sentyabrın 13-də bildirməsinə görə, son 24 saatda 5 min 500 nəfər vəfat edib və bu xəstəlikdən ümumi ölü sayı 917 min 417 nəfərə çatıb

Dünya Səhiyyə Təşkilatı (DST) yeni koronavirusa gündəlik yoluxmalarda rekord qeydə alındığını bildirir. Son 24 ərzində dünya üzrə 307 min 930 yeni yoluxma halı təsdiqlənib.

DST-nin sentyabrın 13-də bildirməsinə görə, son 24 saatda 5 min 500 nəfər vəfat edib və bu xəstəlikdən ümumi ölü sayı 917 min 417 nəfərə çatıb.

Yoluxmalarda ən böyük artım Hindistan, Birləşmiş Ştatlar və Braziliyada qeydə alınıb.

Koronavirus ötən ilin sonunda peyda olandan dünya üzrə bu virusa 28,6 milyondan çox şəxs yoluxub, onların yarısı Amerika qitəsindədir.

Karantin qayıdır

Sentyabrın 13-də Hindistanda 94 mindən, Birləşmiş Ştatlarda 45 min 500-dən çox, Braziliyada 44 minə yaxın yoluxma təsdiqlənib.

Birləşmiş Ştatlar və Hindistanın hərəsindən mindən artıq, Braziliyada isə 874 nəfər dünyasını dəyişib.

Hindistan dünya üzrə yoluxanların sayına görə Birləşmiş Ştatlardan sonra ikinci yerdədir.

Braziliya indiyədək 4 milyondan çox yoluxma ilə dünya üçüncüsü, 131 min ölü sayına görə Latın Amerikasında birincidir.

Birləşmiş Ştatlar həm yoluxma, həm də ölü sayına görə birinci yerdədir. 6 milyondan artıq yoluxma təsdiqlənib, 194 mindən artıq xəstə vəfat edib.

Avropa ölkələrində də gündəlik yoluxmalarda artım yaşanır. Bir sıra regionlarda karantin qaydaları bərpa olunur, əhaliyə maska taxmaq, sosial məsafə saxlamaq çağırışları olunur.

İsraildə virusun yenidən yayılması hökuməti üç həftəlik karantinə vadar edib. Qadağalar ölkədə tətil mövsümünün pik dövrünə təsadüf edir. İsraillilərdən evlərinin 500 metrliyindən uzaqlaşmamaq tələb olunur. Məktəblər, ticarət mərkəzləri bağlanıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG