Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 19:15

Yunanıstanla Türkiyə arasında gərginlik azalır


Oruc Reis Aralıq dənizində

Türkiyənin araşdırma gəmisi Aralıq dənizinin şərqində mübahisəli ərazidən çıxıb və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis sentyabrın 13-də bu addımı alqışlayıb. Bu, Afina və Ankara arasındakı gərginliyin nisbətən səngidiyini göstərir.

Türkiyə iyulda bildirdi ki, Oruc Reis araşdırma gəmisi Yunanıstanın iddia etdiyi sularda tədqiqat aparacaq. Burada söhbət böyük neft və qaz yataqlarından və NATO-nun iki müttəfiqi arasında münasibətlərin pisləşməsindən gedirdi.

“Bu, ilk müsbət addımdır. Gərginliyin azalmasını təcrübədə müşahidə etsək… danışıqlar masasına ilk özüm əyləşərəm”, – “AP” Mitsotakisə istinadla yazır.

Oruc Reis gəmisinin Türkiyənin cənubundakı Antalya limanına qayıtdığı xəbər verilir.

NATO münaqişə riskini önləmək üçün iki tərəfin orduları arasında danışıqlar təşkil edib, Avropa Birliyi isə Türkiyəyə sanksiyaların nəzərdən keçirildiyini bildirib.

Türkiyənin Müdafiə naziri Hulusi Akar sentyabrın 13-də deyib ki, “arzu və tələblərimiz yerinə yetirilərsə”, Ankara sülh və dialoq tərəfdarıdır.

XS
SM
MD
LG