Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Sentyabr, şənbə, Bakı vaxtı 06:05

'Hüquq müdafiəçisi aclıq aksiyasına qoşulub'


Tofiq Yaqublu xəstəxanaya gətirilib
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

Tofiq Yaqublu xəstəxanaya gətirilib

Həbsdə olan müxalifətçi Tofiq Yaqubluya dəstək məqsədilə Müsavat Partiyasının qərargahında başlanan aclıq aksiyasının davam etdiyi deyilir.

Bu barədə AzadlıqRadiosuna sentyabrın 14-də aksiya iştirakçılarından biri olduğunu qeyd edən Müsavat Partiyasının üzvü Elman Quliyev danışıb. Onun deməsinə görə, aksiya iştirakçılarının səhhətlərində problem yaranıb: "Aksiya iştirakçısı Tofiq Məmmədov sentyabrın 13-dən aclığı dayandırıb. Onu hüquq müdafiəçisi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Zəfər Əhmədov əvəz edib. Həkimlər (sentyabrın 12-də təcili yardım çağırılıb) bizə aclığı dayandırmağı təklif etdilər. Bizim məqsədimiz Tofiq Yaqublunun azad olunmasıdır, ona görə də aclığı Tofiq bəy azad olana kimi dayandırmayacağıq".

Bu fikirlərə, hələlik, Səhiyyə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

AXCP-dən bildirildiyinə görə, əvvəlcə sentyabrın 3-dən cəbhəçilərdən Ayət İsmayıl, Tofiq Məmmədov, Elşən Həsənov ev şəraitində aclıq aksiyasına başlayıblar. Sentyabrın 7-də onlar Müsavat Partiyasına gətiriliblər. Elə həmin gün, sentyabrın 7-dən də Elman Quliyev aksiyaya qoşulduğunu açıqlayıb. T.Yaqublunun özünün də sentyabrın 2-dən dövlət ittihamçısının ona cəza istəməsindən sonra aclıq aksiyasına başladığı bildirilir.

T.Yaqublu sentyabrın 12-də axşam saatlarında isə saxlandığı Şüvəlandakı 3 saylı istintaq təcridxanasından özəl klinika olan "City Hospital"a gətirilib.

Xatırlatma

Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublu bu il martın 22-də tutulub. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunurdu ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında Tofiq Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Cəbrayılovun (zərərçəkən kimi tanınıb) idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

T.Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunub. Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir. Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə T.Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edilib.

T.Yaqublu elə həmin gün həbsinə etiraz olaraq (sentyabrın 2-dən) aclıq aksiyası keçirdiyini bəyan edib.

Multimedia

XS
SM
MD
LG