Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 17:34

Minskdə növbəti bazargünü aksiyası: 'Qəhrəmanların yürüşü'


Мinsk, 13 sentyabr 2020
Мinsk, 13 sentyabr 2020

Minskdə növbəti bazar günü aksiyası keçirilir. „Qəhrəmanların yürüşü“ adlandırılan bu aksiyada da məqsəd seçki saxtakarlığına və saxlananlara qarşı zorakılıqlara etirazdır.

Şahidlərin dediyinə görə, artıq saxlananlar var və OMON müxtəlif yollarla adamların meydanlara toplaşmasının qarşısını almağa çalışır. Belarus Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, 200-dən çox adam saxlanılıb. Aksiya iştirakçıları polisin adamların hərəkətinə maneələr yaratmasına cavab olaraq kolonllarla "Bu bizim şəhərdir!, Biz gəzirik" şuarları ilə hərəkətlərini davam etdiriblər. Bəzi hallarda milis etirazçıların qarşısını ala bilməyib.

Aksiya ərfəsində Belarus Dövlət Universitetinin filalogiya fakültəsinin müəllimləri aksiyaya çıxan tələbələri ilə həmrəy olduqlarını bəyan edən müraciət yayıblar.

Müraciətdə deyilir ki, onlar uzun illərdir öz tələbələrinə söz azadlığı, azad seçki haqqında danışırlar, onlara bu barədə kitablar oxumağı tövsiyyə edirlər.

"Qorxu, zorakılıq, yalan, bunlar pisdir. Sən heç bir şey baş vermirmiş kimi davrana bilməzsən. Bizim öz ideyalarımıza sahib olmaq və onları ifadə etmək hüququmuz var, bir-birimizi dəstəkləmək hüququmuz var. Tələbələr, biz sizinləyik" müraciətdə deyilir.

Bir aydan çoxdur ki, Belarusda etirazlar davam edir. Aksiyalar avqustun 9-da ölkədə keçirilən prezident seçkilərindən sonra başlayıb. Seçkilərdə iştirak edən namizədlər və səs verən vətəndaşlar səsvermənin nəticələrinin saxtalaşdırlmasına etiraz olaraq küçələrə çıxıblar. Etirazçılar hesab edirlər ki, seçki indiki prezident Lukashenkanın xeyrinə saxtalaşdırııb. Aksiyaların ilk 3 günü etirazçılara qarşı OMON zorakı davranıb, minlərlə adam həbs olunub, işgəncələrə məruz qalıb. Toqquşmalarda ən azı 1 nəfərin öldüyü xəbər verilir. Lukashenkanın əsas rəqiblərindən biri təhlükəsizlik baxımdan ölkəni tərk edib.

Avropa İttifaqı ölkələrinin liderləri Belarusdakı prezident seçkisinin nəticələrini tanımadıqları ilə bağlı birgə bəyanatla çıxış ediblər. Bundan başqa Belarusa sanksiyalar tətbiq olunacağı açıqlanıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG