Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 14:13

Minskdə onlarla etirazçı saxlanılıb


Minsk, 12 sentyabr 2020

Sentyabrın 12-də Minskdə seçki saxtakarlığına qarşı çıxan onlarla etirazçı saxlanılıb. Verilən xəbərlərə görə, şəhərin mərkəzindəki Azadlıq meydanına toplaşan etirazçıların bəzilərinin əlində zorakılığa məruz qalanların fotoları olub.

Aksiyanın razılaşdırlmadığını xatırladan hüquq mühafizə əməkdaşları bundan sonra adamları tutmağa başlayıblar. Qadınlar saxlananların mindirildiyi maşınların qarşısını almağa cəhd ediblər.

Təxminən 20 dəqiqə sonra meydan tamamilə boşaldılsa da , bir qədər sonra meydana əllərində qazan və tava olan qadınlar daxil olub.

Şahidlər bu günkü aksiyaları canlı yayımlayan "Belsat" telekanalının jurnalistlərinin də saxlandığını bildiriblər.

Bu gün o da məlum olub ki, Belarusun birinci və əsas liqasının 93 futbolçusu aksiya iştirakçılarına qarşı zorakılıqlara etiraz olaraq video rolik yayıblar.

"Yaralanan, alçaldılan, ağır döyülən və şikəst olanlara dəstək sözlərimizi bildirmək istəyirik. Və biz şiddəti dayandırmağa çağırırıq ", deyə idmançıların müraciətində vurğulanır".

Belarusda etirazlar avqustun 9-da keçirilən prezident seçkilərindən sonra başlayıb. Etirazçılar səsvermənin indiki prezident Lukashenkanın xeyrinə saxtalaşdırıldığını bildirirlər. Aksiyanın ilk 3 günü aksiya iştirakçılarına qarşı zor tətbiq edilib, minlərlə aksiyaçı saxlanılıb. Ən azı bir nəfərin öldüyü bildirlir. Sonradan sərbəst buraxılan etirazçlar onlara OMON tərəfindən ciddi zorakılıqlar edildiyini bildiriblər. Bir çoxları bədənlərindəki zorakılıq izlərini nümayiş etdiriblər.

XS
SM
MD
LG