Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 15:52

Eldar Həsənov həbsdə qaldı


Eldar Həsənov, arxiv foto

Bu gün, sentyabrın 12-də Bakının Nəsimi rayon Məhkəməsində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovla bağlı vəsatətə baxılıb.

Bu barədə vəkil Adil İsmaylov məlumat verib. Vəkl bildirib ki, O, E.Həsənov barəsində seçilən həbs qətimkan tədbirinin girovluqla əvəz olunması barədə vəsatət verib.

“ Amma hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə vəsatətə baxaraq təmin olunmaması barədə qərar elan edildi”, deyə o, bildirib.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Eldar Həsənovun saxlanması barədə bu il avqustun 13-də məlumat yayıb.

Keçmiş səfir Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə, bu əməllər xeyli miqdarda törədildikdə ) maddələri ilə ittiham edilir.

Səbail rayon Məhkəməsinin qərarı ilə onun barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçilib. Eldar Həsənovun cinayət işi Dövlət Təhlükəsizliyi Xidmətindən Baş Prokurorluğa ötürülüb. O, ittihamları qəbul etmir, həbsini əsassız sayır. Avqustun 17-də prezident İlham Əliyev Eldar Həsənovu Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri vəzifəsindən azad edib. Elad Həsənov bir dönəm Azərbaycan Baş Prokurorluğuna da rəhbərlik edib.

Multimedia

XS
SM
MD
LG