Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 20:30

Koronavirusa görə 11 sentyabrı anım mərasimləri dəyişib


Arxiv fotosu

Sentyabrın 11-də Birləşmiş Ştatlarda 2001-ci ilin 11 sentyabr terror hücumlarının 19-cu ildönümü qeyd olunur, amma koronavirus pandemiyasına görə bəzi dəyişikliklər edilib.

Prezident Donald Tramp və onun demokratlardan rəqibi Co Bayden Pensilvaniyada “Flight 93” Milli Memorialını ayrı-ayrılıqda ziyarət edəcəklər.

Nyu Yorkda koronavirusa qarşı ehtiyat tədbirləri anım mərasimlərinin ayrı-ayrılıqda keçirilməsi ilə nəticələnib.

11 sentyabr Milli Memorial və Muzeyi adətən ölənlərin qohumlarını bir araya gətirərək qurbanların adlarını ucadan səsləndirirdi. Bu ilsə səs yazısı təqdim olunacaq.

Bəzi qurbanların qohumlarının fikrincə, bu dəyişiklik tədbirin emosional təsirini azaldır. Başqa bir qurum da eyni vaxta tədbir salıb.

11 sentyabr terroru 3 minə yaxın insanın həyatına son qoyub. Hücum zamanı Dünya Ticarət Mərkəzinin qoşa qüllələri aşıb.

Bu, ABŞ torpağında ən çox ölümlə nəticələnmiş terror hücumu idi və bundan sonra Birləşmiş Ştatlar Əfqanıstanı, daha sonra İraqı tutdu.

XS
SM
MD
LG