Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 20:31

142 yeni yoluxma aşkarlanıb, 1 ölüm


COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 150 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, sentyabrın 10-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qərargahdan yayılan məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan bir nəfər də vəfat edib: "Azərbaycanda indiyədək ümumilikdə 37874 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 35269 nəfər müalicə olunaraq sağalıb, 556 nəfər vəfat edib, aktiv xəstə sayı 2049 nəfərdir".

Qurumdan vurğulandığına görə, ölkədə bu virusun aşkarlanması məqsədilə son sutka ərzində 7 min 290, hazırkı dövrədək isə 988 min 268 test aparılıb.

Rəsmi açıqlamalara görə, bundan başqa, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 28 milyondan çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 908 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Multimedia

XS
SM
MD
LG