Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 08:46

İran Hörmüz boğazında təlimlərə başlayıb


Arxiv fotosu

İranın silahlı qüvvələri Hörmüz boğazında illik, üç günlük donanma təlimlərinə başlayıblar. Bu haqda dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, donanma, hava və quru qüvvələrinin bölmələri sentyabrın 10-da təlimlərə qatılıblar, sualtı qayıqla və dronlardan da istifadə olunacaq.

“Zülfüqar-99” adlı illik manevrlərin komandiri, Admiral Həbibulla Səyyari sentyabrın 9-da deyib ki, məqsəd “xarici təhdidlər və mümkün işğala qarşı hazırlığı artırmaqdır”.

İran donanması Hörmüz boğazının şərqində yerləşən Oman Körfəzində əməliyyatları idarə edir, dünyada ticarət olunan neftin 20 faizi bu boğazdan keçir.

Avqustda İran donanması Hörmüz boğazı yaxınlığında Liberiyanın bayrağıyla üzən neft tankerini qısa müddətə saxlamışdı.

XS
SM
MD
LG