Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:21

Qızı Tofiq Yaqublu ilə görüşüb


T.Yaqublu

Bu gün, sentyabrın 10-da Milli Şura və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqubluyla qızı Nigar Həzi görüşüb.

Bu barədə AzadlıqRadiosuna N.Həzi özü bildirib. Onun deməsinə görə, T.Yaqublu aclıq aksiyasını davam etdirir.

N.Həzinin habelə vurğulamasına görə, T.Yaqublunun səhhəti yaxşı deyil: "Çox halsızdır. Şiddətli baş ağrıları, baş gicəllənmələri var. Təzyiqi 90/60-a enib. Görüşə qolundan tuta-tuta gətiriblər. Çox zəifləyib, çox kilo itirib".

N.Həzi bununla belə vurğulayıb ki, atası ona iradəsinin möhkəm olduğunu söyləyib: "Dedi ki, sona qədər gedəcəm, bunun başqa yolu yoxdur".

Qızının sözlərinə görə, T.Yaqublu ona dəstək olan bütün şəxslərə təşəkkürlərini bildirib.

Bu açıqlamaya Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

N.Cəfəroğlu
N.Cəfəroğlu

T.Yaqubluya görə hakimiyyət orqanlarına müraciət edilib

İnsan Haqları üzrə Birgə İşçi Qrupa (BİQ) daxil olan hüquq müdafiəçilərinin dövlət qurumlarının müxtəlif təmsilçiləri ilə müxalif siyasətçi, hazırda həbsdə olan Tofiq Yaqublunun azad edilməsi istiqamətində danışıqlar apardıqları bildirilir.

Bu barədə "Turan" agentliyinə hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib. Onun sözlərinə görə, BİQ üzvləri bu məsələ ilə bağlı danışıqları deputatlar, Əfv Komissiyasının üzvləri və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə aparırlar.

N.Cəfəroğlu habelə onu da deyib ki, T.Yaqublunun aclıq etməsi həyatına riskləri artırır. Onun fikrincə, məsələ həllini təcili qaydada T.Yaqublunun apellyasiya şikayəti çərçivəsində ilkin məhkəmə instansiyanın qərarının ləğv olunması ilə baş tuta bilər.

Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətin nümayəndələrindən ibarət İnsan Haqları üzrə Birgə İşçi Qrup 2005-ci ildə yaradılıb. Təxminən 3 ildən sonra Qrup fəaliyyətini dayandırıb. Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın təşəbbüsü ilə 2014-cü ildə fəaliyyətini yenidən bərpa edib.

Bu qurumun yaranmasında məqsədin hökumətlə vətəndaş cəmiyyətinin dialoqunu təmin etmək olduğu bildirilib.

Polis Bakıda aksiyanın qarşısını aldı
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

'Aksiya davam edir, təcili yardım çağırdıq'

Milli Şura və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqubluya dəstək məqsədilə başlandığı açıqlanan aclıq aksiyasının Müsavat Partiyasının qərargahında davam etdiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna sentyabrın 10-da aksiya iştirakçılarından biri olduğunu söyləyən Müsavat Partiyasının üzvü Elman Quliyev danışıb. Onun sözlərinə görə, artıq aclıq aksiyasında iştirak edənlərin səhhətlərində problemlər özünü göstərir: "Ümumi halsızlıq var. Təzyiq aşağı düşüb. Bundan əlavə, baş ağrıları, baş gicəllənmələri olur".

E.Quliyevin vurğulamasına görə, aksiya iştirakçıları Tofiq Məmmədovdan aclığı dayandırmasını xahiş etsələr də, o, imtina edib. O əlavə edib ki, sentyabrın 9-da qərargaha təcili yardım çağırılıb. Onun deməsinə görə, həkimlər də təzyiqlərinin aşağı düşdüyünü bildirib, aksiya iştirakçılarına aclığı dayandırmağı təklif ediblər, amma onlar bunu qəbul etməyiblər: "İynə vurulmasından da imtina etdik".

Hazırda aksiyanı dörd nəfərin davam etdirdiyi bildirilir. "Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları Ayət İsmayıl, Tofiq Məmmədov, Elşən Həsənov və mənəm", - E.Quliyev qeyd edib.

Tofiq Yaqublunun müdafiəsi üçün işçi qrup yaradıldı
Gözlə

No media source currently available

0:00 0:01:49 0:00

Əlavə otaq istənilir

E.Quliyev habelə bildirib ki, aksiyaya əlavə qoşulmaq istəyənlər var, amma koronavirus təhlükəsini nəzərə alaraq, hələlik, buna imkan verilmir. Onun sözlərinə görə, Müsavat Partiyasına aksiya iştirakçılarına əlavə otaq ayrılmasından ötrü müraciət ediblər.

Bu deyilənlərə, hələlik, Səhiyyə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

XCP üzvlərinin bu aksiyaya artıq səkkiz gündür başladıqları bildirilir. E.Quliyevin isə sentyabrın 7-dən aksiyaya qoşulduğu açıqlanıb. T.Yaqublunun özünün də sentyabrın 2-dən həbsxanada həbsinə etiraz olaraq aclıq aksiyasına başladığı bildirilir.

Xatırlatma

Tofiq Yaqublu bu il martın 22-də tutulub. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunurdu ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil E.Cəbrayılovun (zərərçəkən kimi tanınıb) idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

T.Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunub. Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir. Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə T.Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG