Keçid linkləri

Təcili xəbərlər
2023, 08 Dekabr, Cümə, Bakı vaxtı 23:24

Disney ‘Mulan’ filminə görə tənqid olunur


Liu Yifei
Liu Yifei

Disney şirkətinin çəkdiyi “Mulan” filmi Çinin Sintzyan regionunda hökumət qurumlarına təşəkkür etdiyinə görə tənqid olunur. Bu regionda uyğurlar və digər müsəlman azlıqlara hakim orqanların münasibəti beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

Film Sintzyanda müxtəlif məkanlarda və başqa yerlərdə çəkilib. Etnik azlıqların əmək düşərgələrinə yerləşdirilməsini təkzib edən bir sıra hökumət qurumları filmin təşəkkür siyahısında yer alıb.

Bu film Disneyin 1998-ci ildə Hua Mulan adlı gənc qadın haqqında cizgi filminin adaptə olunmuş versiyasıdır. Qadın imperiya ordusunda atasının yerinə döyüşmək üçün cildini dəyişir.

Film sentyabrın 4-də “Disney+” striminq platformasında yayılandan sonra tamaşaçılar şirkətin Sintzyanda səkkiz hökumət qurumuna “xüsusi təşəkkür” etdiyini görüblər.

Boykot çağırışları

Disney hələlik məsələyə münasibət bildirməyib.

BMT 2018-ci ilin avqustunda bildirirdi ki, 1 milyondan çox uyğur və digər etnik azlıqlar Sintzyanda “ekstremizmə qarşı mərkəzlərdə” saxlanır. Qurum milyonlarla insanın “yenidən təhsil” düşərgələrinə yerləşdirildiyini bildirirdi.

Çin bu düşərgələrin islah əmək mərkəzləri olmadığını deyir. Regiondan qaça bilmiş şəxslərin sözlərinə görə, minlərlə etnik uyğura, qazax və digər müsəlmanlara Sintzyanda düşərgələr şəbəkəsində “siyasi təlim” keçilir.

Uyğurlar Sintzyanda ən böyük türkdilli icmadır, onlardan sonra qazaxlar gəlir.

“Mulan” ötən il boykot təhlükəsilə üzləşmişdi. Aparıcı aktrisa Liu Yifei Honq Konq polisinin etirazçılara divan tutmasını dəstəkləmişdi.

Film martda göstərilməliydi, koronavirus pandemiyasına görə təxirə salındı.

Disneyin filmin bəzi hissələrini Sintzyanda çəkmək qərarı sosial mediada akademiklər və insan haqları fəalları tərəfindən geniş müzakirə olunub, bəziləri boykota çağırıb.

XS
SM
MD
LG