Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 02:22

Bu il Putinlə sual-cavab olmayacaq


Vladimir Putin

Bu il Rusiya Prezidenti Vladimir Putinlə sual-cavab formatında illik televiziya proqramı keçirilməyəcək. “Birbaşa Xətt” adlı bu veriliş iyundan təxirə salınır.

Kremlin sözçüsü Dmitri Peskov sentyabrın 9-da TASS dövlət xəbər agentliyinə deyib ki, sayca 18-ci belə proqramın keçirilməsi vacib hesab olunmayıb. Həmin proqramda Putin Rusiya ictimaiyyətindən gələn sualları saatlarla cavablandırırdı.

“Prezident son bir neçə ayda onsuz da birbaşa xətt keçirir. Bu səbəbdən, təbii ki, bu il ənənəvi formatda Birbaşa Xətt təşkil etmək həddən artıq olardı”, – TASS Peskova istinadla yazır.

Ancaq Peskov Putinin Rusiya vətəndaşları ilə birbaşa xətləri harada, nə zaman keçirdiyini açıqlamayıb. Prezident martın ortasından pandemiya ilə əlaqədar xalqa bir neçə dəfə müraciət edib.

Peskov deyib ki, “Birbaşa Xətt proqramının elementləri” dekabrda Putinin illik mətbuat konfransına əlavə olunacaq.

Hər il bir neçə saat çəkən “Birbaşa Xətt” zamanı Putin vətəndaşların suallarını cavablandırırdı. Son 7 ildə yalnız bircə dəfə proqramın müddəti 3 saat 50 dəqiqədən az olub. Bu müddətə Parisdən Moskvaya uçmaq mümkündür.

Putin 1999-cu ildən Rusiyanı prezident, yaxud baş nazir kimi idarə edir.

XS
SM
MD
LG