Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:33

Konfransların gələcəyi necə olacaq


Təbii ki, məsafədən keçirilən konfransdan canlı konfransın verdiyi bütün effektləri almaq olmur.
Təbii ki, məsafədən keçirilən konfransdan canlı konfransın verdiyi bütün effektləri almaq olmur.

Konfranslar zamanı çox sayda iştirakçı bir yerə, əsasən otel və ya konfrans zalına toplaşır, bir-biri ilə yaxın ünsiyyət qurur, birlikdə oturur, yemək fasilələrində eyni bufeti paylaşır. Bəzi böyük konfranslara isə dünyanın hər yerindən yüzlərlə insan yığışır. COVID-19 erasında bu insanlar ən qorxulu virus yayıcıları ola bilərdi. BBC yazır ki, bu ilin fevralında dünya hələ COVID-19 haqda az məlumatlı ikən Edinburqda keçirilən bir konfransda 25 nəfər yoluxub. Onlardan biri sonradan bir uşağın ad gününə gedib və xəstəliyi daha çox insan arasında yayıb.

Aydındır ki, hazırda konfrans keçirmək, sadəcə, mümkün deyil. Səfər məhdudiyyətləri, ictimai səhiyyə qadağaları da daxil olmaqla, bir çox amillər buna imkan vermir. Ancaq məsələ burasındadır ki, konfrans sahəsi 1.1 trilyon dollarlıq qlobal industriyadır! Bu sahədə yüz minlərlə iş yerləri var. Qəfildən dəyişən dünyada bu sahənin aqibəti necə olacaq?

Əlbəttə, ağla ilk gələn çıxış yolu belə tədbirlərin onlayn keçirilməsidir. Bu halda auditoriyalar Zoom və pəncərələri ilə əvəz edilir.

Xərclərə qənaət

Məsələnin bir maraqlı tərəfi də var: konfransın onlayn keçirilməsi həm də xərclərə qənaət imkanı verir. Onlayn konfransda iştirak üçün təyyarə bileti, otel rezervasiyası və bəzi başqa xərclərə ehtiyac qalmır. Bəlkə hətta iştirak haqqı da daha az olur. Üstəlik, bir çox çıxışları on-demand rejimdə, yəni, sizə uyğun vaxtda dinləmək olur.

Təbii ki, məsafədən keçirilən konfransdan canlı konfransın verdiyi bütün effektləri almaq olmur. Bir çox şirkətlər müəyyən vəsait xərcləyib əməkdaşlarını konfranslara şəbəkələşmək və canlı müzakirələrdə iştirak imkanlarından yararlanmaq üçün göndərirlər.

BBC daha sonra yazır ki, bütün təhlükəsizlik məsələlərinə baxmayaraq, bəzi konfranslarla bağlı təqvimlərdən danışılmağa başlanıb.

Məsələn, Böyük Britaniyada hökumət konfransların oktyabrın 1-dən toplaşa biləcəyini elan edib. Bu, konfrans industriyasının ciddi lobbiçilik işi sayəsində mümkün olub. Bu sahənin mütəxəssisləri hökuməti 30 min iş yerinin itirilə biləcəyi haqda xəbərdar ediblər.

Britaniyanın Tədbir Məkanları Birliyinin direktoru Rachel Parker BBC-yə deyib ki, konfrans imkanlarının itirilməsi Britaniya iqtisadiyyatına 11 milyard funta (14.3 milyard dollar) başa gələ bilər. Onun sözlərinə görə, hökumət dəstəyinin bitməyə başladığı şəraitdə bu sahədə çalışanların 50%-dən 90%-ə qədəri ciddi çətinliklərlə üzləşə bilər. Konfransların keçirilməsinə yenidən icazə verilməsi itkilərin yalnız 15-25%-ni qarşılamağa kömək edəcək. "Buna görə də hökumətin əlavə tədbirlər görməsinə ehtiyacımız var", – Parker söyləyib.

Tövsiyələr

Mütəxəssislər fiziki konfransların bundan sonra fərqli olacağına da diqqət çəkirlər. Məsələn, eyni mikrofonun əldən-ələ ötürülərək çox sayda insan tərəfindən istifadəsi mənzərəsi virusoloqların qanını dondurar. Buna görə də bir çox yerlərdə iştirakçıların başının üstündən asılan "boom" mikrofonlarından istifadə ediləcəyi gözlənilir.

Yaxud da sli.do kimi sistemlərin köməyi ilə suallar çat vasitəsilə ünvanlanacaq. Ancaq konfransların qeyri-rəsmi hissəsi olan sosial yığıncaqlar və ziyafətlərlə iş çətin olacaq. Bir çox ölkələrdə hələ də çox sayda insanların bir yerə toplaşmasına icazə verilmir.

Parker-in çalışdığı qurum bundan başqa kağız materialların rəqəmsal sənədlərlə əvəzlənməsi, mebelin yerinin dəyişdirilməsi, iştirakçıların sıxlığının nəzarətdə saxlanması kimi tövsiyələr də irəli sürüb. Onun sözlərinə görə, giriş məntəqələrində işıqfor sistemindən istifadə oluna bilər. Açıq bufet üsullu nahar ideyası qeyri-mümkün göründüyündən insanlara nahar yeməyini qablaşdırılmış şəkildə, qutularda paylamaq olar. Şəbəkələşmə zamanı sosial məsafəni gözləmək isə mütləqdir. Maskalara gəlincə, əksər ölkələrdə onları daxili məkanlarda, binaların içində taxmaq məcburidir.

Edinburq Universitetinin ictimai səhiyyə professoru Linda Bauld isə hesab edir ki, bu il hər hansı konfrans keçirmək çox pis ideyadır və bütün konfranslara qəti "stop" qoymaq lazımdır. Onun sözlərinə görə, beynəlxalq konfranslar keçirmək üçün otelləri, taksi xidmətlərini işə salmaq lazım olacaq. Bəzi ölkələrdən gələn insanların yoluxmuş olma riski yüksəkdir. Onlar konfransın keçirildiyi ölkəyə təyyarə ilə gəlməli, taksi ilə hərəkət etməli və oteldə qalmalı olacaqlar. Bu isə təhlükəlidir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG