Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:16

Əfqanıstanın vitse-prezidentinə sui-qəsd cəhdi olub


Əmrulla Saleh

Əfqanıstanın Birinci vitse-prezidenti Əmrulla Saleh sui-qəsd cəhdi nəticəsində yüngül xəsarətlər alıb. Hücumda azı 10 nəfərin öldüyü xəbər verilir.

Taliban silahlı qruplaşmasının sözçüsü Zabiulla Mucahid media qurumlarına göndərdiyi mesajda qruplaşmanın bu hücumda əli olmadığını deyib.

Daxili İşlər Nazirliyi “azı 10 dinc sakinin” öldürüldüyünü, mühafizəçilər daxil olmaqla 15 nəfərin xəsarət aldığını bildirib.

***

Əfqanıstanın Birinci vitse-prezidenti Əmrulla Saleh (Amrullah Saleh) sentyabrın 9-da səhər sui-qəsd cəhdindən salamat çıxıb. İnsident zamanı azı iki nəfərin öldürüldüyü, 20 nəfərədək yaralının olduğu bildirilir. Salehin mühafizəçilərindən üçü yaralanıb.

Vitse-prezidentin maşın karvanına bomba hücumu olduğu bildirilir.

“Əfqanıstanın düşmənləri bu gün yenidən prezident dövlətinin birinci vitse-prezidentinə hücum ediblər. Allahın lütfü və millətin duaları nəticəsində terror hücumu alınmayıb”, – sözçü Razvan Murad Facebook-da yazıb.

“Reuters” Səhiyyə Nazirliyi rəsmilərinə istinadla yazır ki, yerli xəstəxanaya iki cəsəd və yeddi yaralı aparılıb.

Bu hücum Əfqanıstan hökumətilə Taliban silahlı qruplaşması arasında çoxdan gözənən sülh danışıqları ərəfəsində baş verib. Tərəflər danışıqların tezliklə başlanacağını deyiblər.

Şərhlər

XS
SM
MD
LG