Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:01

Moskvadan gələn təklifə Yulia Navalnayadan cavab: ‘Ərim sizin əmlakınız deyil...’


Yulia Navalnaya, arxiv foto

"Ərim sizin mülkünüz deyil. Onun müalicəsinə sizin hər hansı dəxliniz olmayıb və olamayacaq. Siz həkim kimi deyil, dövlətin səsi kimi çıxış edirsiniz və əhəmiyyət vermədiyiniz bir xəstəyə kömək etmək istəmirsiniz, əksinə məlumat vermək və xidmət etmək istəyirsiniz".

"Nastoyashcheye Vremya" nın məlumatına görə, bu sözləri Navalnının həyat yoldaşı Yulia Navalnaya rusiyalı həkim, Milli Tibbi Palatanın prezidenti Leonid Roshala -ın səsləndirdiyi təklifə cavab olaraq deyib.

Leonid Roshal, arxiv foto
Leonid Roshal, arxiv foto

Uşaq həkimi olan Roshal Navalny-nın durumunu qiymətləndirmək üçün alman həkimlərlə ortaq bir ekspert qrupu yaratmağı təklif edib.

Xatırlatma

Navalnı avqustun 20-də Sibirdən Moskvaya uçarkən təyyarədə özünü pis hiss edib, təyyarə Omskda məcburi eniş edib. O, həmin şəhərdəki xəstəxanada iki gün süni nəfəs aparatına qoşulmuş halda koma vəziyyətində qalandan sonra Almaniyaya aparılıb.

44 yaşlı müxalifətçi hazırda Berlindəki Charite xəstəxanasının reanimasiya şöbəsindədir. Onun hələdə komada olduğu bildirilir. Tanınmış klinikanın həkimləri qan və sidik analizlərindən onun Rusiya istehsalı olan "Noviçok" maddəsindən zəhərləndiyi qənaətinə gəliblər.

XS
SM
MD
LG