Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 07:25

Litva AB-ni Belarusdakı demokratik qüvvələrinə yardıma çağırır


Linas Linkevicius , 11 avqust 2020

Litvanın xarici işlər naziri Linas Linkevicius Avropa Birliyini Belarusun demokratik qüvvələrinə yardım etməyə və o cümlədən Moskvanın Minskə təsirinə daha fəal şəkildə yeni sanksiyalar tətbiq edərək qarşı çıxmağa çağırıb.

Linkevicius-a görə, Belarusda baş verənlərə münasibətdə hərəkətsizlik Avropa İttifaqının etibar və nüfuzuna xələl gətirə bilər:

"Belarus xalqı özünü atılmış hiss etməməlidir. Biz onlara demokratik dövlətlər arasında olma imkanlarını verməliyik" deyə litvalı nazir bildirib.

Avropa İttifaqı ölkələri seçkinin nəticələrinin saxtalaşdırlması və etirazçılara qarşı tətbiq edilən zorakı hərəkətlərə görə Belarusa sanksiyalar tətbiq olunması ilə bağlı razılığa gəliblər. Amma hələki sanksiyaların konkret siyahısı bəlli deyil.

Estoniya, Latvia və Litva öz təşəbbüsləri ilə prezident Alexander Lukashenka da daxil olmaqla üç Belarus rəsmisinə qarşı sanksiyalar tətbiq ediblər.

Litva, Lukaşenkanun Belarusun daxili işlərə qarışmaqda günahlandırdığı Avropa ölkələrindən biridir.

Avqustun 9-da Belarusda keçirilən prezident seçkilərində Lukashenkanın əsas rəqiblərindən biri olan Svetlana Tikhanovskaya təhlükəsizlik səbəbindən avqustun 11-də ölkəni tərk edib.

Bir qədər sonra Litvanın xarici işlər naziri özünün tvitter hesabında yazaraq Svetlana Tikhanovskayanın Litvada olduğunu bildirib.

XS
SM
MD
LG