Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:29

Bakıda qaldırıcı kran yaşayış binasının üstünə aşıb


Tikintidə kran aşıb, ölən var
Gözlə

No media source currently available

0:00 0:03:27 0:00

Tikintidə kran aşıb, ölən var

Bu gün, sentyabrın 4-də Bakıda yeni binanın tikintisində istifadə olunan qaldırıcı kran yaşayış binasının üstünə aşıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb.

Məlumata görə, hadisə günorta saatlarında paytaxtın Nərimanov rayonunun Mövsüm Sənani-37 ünvanında baş verib.

Qaldırıcı kranın aşması nəticəsində binadakı iki evə və ərazidə olan avtomobillərə ciddi ziyan dəyib.

Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə nəticəsində bir nəfər ölüb.

Allahverdi kişi tikinti şirkətinə 'savaş açıb': 1 milyon istəyir
Gözlə

No media source currently available

0:00 0:03:02 0:00

Tikinti şirkətinin hüquqşünasının izahı

Bakıda yaşayış evinin üstünə kranın aşması ilə bağlı "Qaranti İnşaat-2012" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) təmsilçisi açıqlama verib.

Şirkətin hüquqşünası Fərid Həsənov AzadlıqRadiosuna bildirib ki, "Qaranti İnşaat-2012" MMC pilot layihəsi çərçivəsində qəza baş vermiş ərazidə tikinti ilə məşğuldur: "İyunun 20-də bizim şirkətimizlə kran sahibi olan şirkət - "Kran Qrup" MMC arasında müqavilə bağlanıb. Həmin müqaviləyə görə, "Kran Qrup" MMC bu kranı tikinti məqsədi ilə avqust ayında burada quraşdırmalı və bizə təhvil verməli idi. Bu qəza montaj prosesi zamanı baş verib. "Kran Qrup" MMC-nin kranın montaj olunması, yəni, quraşdırılması zamanı texniki təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən kran aşıb. Hazırda Baş Prokurorluğun, Nərimanov Rayon Prokurorluğun nümayəndələri gəlib, biz onlara zəruri sənədləri təqdim etmişik və lazımi şərait yaratmışıq".

Şirkətin nümayəndəsi əlavə edib ki, qaldırıcı kran təhvil alınmamışıdı: "Bizə verilən ilkin məlumata görə, orada quraşdırılanda hidravlik motorda problem yaranıb, amma dəqiq səbəbini biz bilmirik. Ölən şəxs bizim əməkdaşımız deyil, o, "Kran Qrup" MMC-nin əməkdaşı idi".

Bu açıqlamaya, hələlik, "Kran Qrup" MMC və başqa uyğun qurumlardan münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG