Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 17:35

Yefremova 11 il həbs istənildi


Mixail Yefremov

Rusiyalı aktyor, Kremlin açıq tənqidçisi Mixail Yefremov alkoqolun təsiri altında avtomobil idarə edərkən olarkən bir nəfəri öldürməkdə özünü təqsirli bilir.

“Bəyanat vermək istəyirəm, özümü təqsirli bilirəm”, – Yefremov sentyabrın 3-də məhkəməsində deyib.

Avqustun 5-dən başlamış məhkəmə prosesində Yefremov təqsirli olmadığını, iyunun 8-də axşam vermiş hadisəylə bağlı heç nəyi xatırlamadığını deyirdi.

Dövlət ittihamçısı bugünkü prosesin əvvəlində deyib ki, Yefremovun təqsiri polis və şahid ifadələri əsasında sübut olunub. Diana Qaliullina aktyor aktyora 11 il həbs cəzası istəyib.

Üç şahidin bildirməsinə görə, Yefremov qəza zamanı digər avtomobili vuranda maşında tək olmayıb. Bir şahid maşını Yefremovu idarə etmədiyini, digəri isə onun qəzadan sonra sərnişin yerindən düşdüyünü deyib.

Təqsiri sübuta yetirilərsə, Yefremov 12 ilədək həbs cəzasına məhkum edilə bilər.

Polis aktyorun sərxoş vəziyyətdə avtomobili yüksək sürətdə idarə etdiyini, digər maşını vurduğunu bildirir. 57 yaşlı Sergey Zaxarov xəstəxanaya aparılsa da, bir neçə saatdan sonra vəfat edib.

56 yaşlı Yefremovun Prezident Vladimir Putini və onun siyasətini tənqid edirdi, son illər çox populyar idi.

XS
SM
MD
LG