Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 12:26

Kadırov qızını nazir müavini təyin edib


Ayşat Kadırova

Rusiyanın Çeçenistan regionunun avtoritar lideri Ramzan Kadırov böyük qızını mədəniyyət nazirinin birinci müavini təyin edib.

Kadırov bu haqda sentyabrın 1-də Telegram-da açıqlama yayıb, bunu özünün “yaxşı ölçülüb-biçilmiş qərarı” adlandırıb.

“Gənc olmasına baxmayaraq, onun mədəniyyət sahəsi daxil olmaqla çox mürəkkəb və böyük layihələri idarə etmək təcrübəsi var”, – Kadyrov yazıb.

Ayşat Kadırova “Firdaws” moda salonu idarə edir, kolleksiyalarını Parisdə, Dubayda, Moskva və Qroznıda təqdim edib.

İyulda ABŞ Dövlət Departamenti regiondakı insan haqları pozuntularına görə Kadırova sanksiyalar açıqlayıb. Bu pozuntulara işgəncə və edamların da daxil olduğu bildirilir.

Yeni sanksiyalar Aişat Kadırovanı, bacısı Karina, anası Medni Kadırovanı da əhatələyib.

XS
SM
MD
LG