Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:49

Xamenei: BƏƏ islam dünyasına ‘xəyanət etdi’


Əli Xamenei
Əli Xamenei

İranın Ali dini lideri Ayətulla Əli Xamenei (Ali Khamenei) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İsraillə münasibətləri normallaşdırmaqla bağlı tarixi sazişini “çox duruş gətirməyəcək” “xəyanət” adlandırıb.

Xamenei sentyabrın 1-də çıxışında deyib ki, “islam dünyası və ərəb dövlətləri, region ölkələri və Fələstinə” qarşı “xəyanət” törədilib.

Yüksək səviyyəli birgə ABŞ-İsrail nümayəndə heyəti isə Əbu Dabiyə səfərini yekunlaşdırıb, İsraillə BƏƏ arasında ilk birbaşa uçuş həyata keçirilib.

İrana qarşı əməkdaşlıq

İsrail və BƏƏ avqustun 13-də tam diplomatik münasibətlər qurduqlarını bəyan ediblər. ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş sazişdə İsrail Qərb sahildə tutduğu əraziləri ilhaq planlarını təxirə salır.

BƏƏ İsraillə tam diplomatik əlaqələr quran ilk Körfəz ərəb ölkəsi və üçüncü ərəb ölkəsidir. Əbu-Dabi bildirib ki, münasibətlərin normallaşması ilə İsraili ilhaq planlarını dayandırmağa məcbur edə bilər. Fələstinlilər Qərb sahildə sözügedən əraziləri gələcək dövlətlərinin tərkib hissəsi kimi görürlər.

Körfəz ölkələri BƏƏ-nin addımını alqışlasalar da, İran, Türkiyə və Fələstin rəsmiləri bunu pisləyib.

ABŞ Dövlət katibi Mike Pompeo avqustun 31-də deyib ki, BƏƏ-İsrail sazişinin mərkəzində İran dayanıb. Onun sözlərinə görə, Tehran “Yaxın Şərqdə sabitsizlik” yaradır.

“Əmirliklər və israillilər Yaxın Şərqdə bu nəhəng təhdidə qarşı əməkdaşlıq edə bilərlər”, – Pompeo vurğulayıb.

Ötən həftəsonu BƏƏ 1972-ci ildən qüvvədə olan, İsraili boykot edən qanunu ləğv edib. Ötən ayın əvvəlində isə iki ölkə ilk dəfə olaraq birbaşa telefon xidməti açıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG