Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 04:51

Avropada yoluxmalar niyə yenidən artır – Qərb mediası


Xorvatiya, arxiv fotosu
Xorvatiya, arxiv fotosu

Avqustun əvvəlində bir qrup gənc Xorvatiya, Yunanıstan və Maltada istirahətdən İtaliyanın Padua vilayətinə qayıdanda virus testləri pozitiv çıxıb

“The Financial Times” qəzeti Avropada yeni koronavirusa yoluxmaların hansı səbəbdən artdığını araşdırıb. Qəzet səbəbi Avropada virusa potensial yoluxanların təmaslarının zəif izlənməsində görür.

Məsələn, avqustun əvvəlində bir qrup gənc Xorvatiya, Yunanıstan və Maltada istirahətdən İtaliyanın Padua vilayətinə qayıdanda virus testləri pozitiv çıxıb. İtaliya bir neçə ay əvvəl Avropada Covid-19-la qızğın mübarizə cəbhəsi idi. Azı 25 pozitiv test daha 159 nəfərin təcridə alınmasıyla sonuclanıb.

Ancaq məsələ bundadır ki, yoluxmalar yalnız simptomlar üzə çıxandan sonra müəyyənləşib, bu da bəzi hallarda bir neçə həftə çəkib. Ekspertlərin fikrincə, daha sürətli izləmə və səyahətdən qabaq testdən keçirmə yoluxma dairəsini məhdudlaşdıra bilərdi.

Hazırda Avropada tətil mövsümü davam edir və ekspertlər yoluxmalarda daha bir pik gözləyirlər. Bir sıra ölkələrdə artıq bu tendensiya müşahidə edilir və bir çox hallarda daxili və beynəlxalq səyahətlərlə əlaqələndirilir.

“Yoluxmanın qayıtması çox ciddi problemdir və ümumi təlimatlarla idarə olunmalıdır. Avropanın qərar mexanizmləri buna uyğun deyil”, – İtaliyanın aparıcı mikrobioloqu Andrea Crisanti qəzetə deyib.

Məqalədə qeyd olunur ki, Belçika və Niderland qonşu olmalarına baxmayaraq, virus izləmə mexanizmləri kəskin fərqlənir.

“Azad hərəkət artdıqca bərabər yanaşmanın olmaması fəlakətlə sonuclana bilər. Adamlar yerlərini dəyişmədən test olunmalıdırlar, səyahətdən sonra deyil”, – qəzet yazır.

O da qeyd edilir ki, AB üzvləri birgə mexanizm üzərində işləyirlər, bu mexanizm onların pozitiv halları və onların kontaktda olduğu şəxsləri smartfon tətbiqləri vasitəsilə sərhədləri xaricində izləməsinə imkan verəcək.

COVID-19-un iflic etdiyi tibb xidmətlər

COVID-19 pandemiyası ölkələrin 90 faizindən çoxunda adi tibb xidmətlərini iflic edib, on illər boyunca əldə olunmuş uğurlar qısa müddətə silinə bilər, bunu Dünya Səhiyyə Təşkilatının (DST) keçirdiyi sorğu üzə çıxarıb.

Sorğu maydan iyuladək 100-dən çox ölkədə keçirilib. Ən böyük təsirə peyvəndləmə (70%), ailə planlaması (68%), xərçəngin diaqnostikası və müalicəsi xidmətləri məruz qalıb.

Əfqanıstan, Suriya və Yəmənin daxil olduğu Şərqi Aralıq Regionu ən çox ziyan görən ərazidir. Ondan sonra Afrika və Cənub-şərqi Asiya regionları gəlir. Sorğu Amerika qitəsini əhatələməyib.

Ötən ilin dekabrında Çində aşkar edilmiş yeni koronavirus dünyada 850 minə yaxın insanın həyatına son qoyub.

Tədqiqatçıların fikrincə, tibbi xidmətin kəsilməsi də bəzi yerlərdə COVID-lə bağlı olmayan ölümləri artırıb. Ancaq bunu hesablamaq çətindir.

DST xəbərdarlıq edir ki, pandemiya bitəndən sonra da onun təsiri qala bilər, belə ki, sözügedən xidmətlərdə yaranmış boşluğu doldurmağa çalışan ölkələr resursların həddən artıq yükləndiyini görə bilərlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG